Ceff Bezos “Amazon”un rəhbəri vəzifəsindən getdi

Ceff Bezos “Amazon”un rəhbəri vəzifəsindən getdi


ABŞ-ın “Amazon” korporasiyasının yaradıcısı Ceff Bezos baş icraçı direktor vəzifəsindən gedib.

"Yol-xeber.az" "npr.org"a istinadla xəbər verir ki, sözügedən vəzifəyə daha əvvəl “Amazon Web Services” servisinə rəhbərlik edən Endi Cessi gətirilib.

C.Bezos bundan sonra da "Amazon"un ən böyük səhmdarı olaraq qalacaq.

Bu dəyişikliyin iqlim dəyişikliyi tədbirləri, xeyriyyə işləri və kosmik tədqiqatlarla əlaqəli olduğu bildirilib.

Qeyd edək ki, “Amazon”un qurucusu Cef Bezos sahibi olduğu “Blue Origin” aviasiya və kosmik tədqiqatlar şirkətinin ilk uçuşunda iştirak edəcək.

O, 20 iyulda “Blue Origin” şirkətinin kosmosa ilk insanların iştirakı ilə baş tutacaq uçuşuna qardaşı ilə birgə qatılacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər