Çempionlar Liqasında yeni mövsüm başlayır

Çempionlar Liqasında yeni mövsüm başlayır


Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək.

“Ilk oyun günündə 7 qarşılaşma baş tutacaq. Günün ilk matçları Bakı vaxtı saat 20:00-da başlayacaq. Estoniya "Flora"sı Malta "Hibernians"ını, Macarıstan "Ferentsvaroş"u Kosovo "Priştina"sını, Finlandiya HİK-i isə Monteneqro "Buduçnost"unu qəbul edəcək.

Digər oyunlarda Şimali İrlandiyanın "Linfild" klubu Litva "Jalgiris"inin, Bosniya və Herseqovinanın "Borats" komandası isə Rumıniya ÇFR-inin qonağı olacaq.

Günün son görüşlərində isə "Fola Eş” (Lüksemburq) "Linkoln"la (Cəbəllütariq), "Şkendiya" (Şimali Makedoniya) isə "Mura" (Sloveniya) ilə qarşılaşacaq.

Çempionlar Liqası
2021/22 mövsümü
I təsnifat mərhələsi (İlk oyunlar)
6 iyul

20.00 Flora (Estoniya) - Hibernians (Malta)
20.00 Ferentsvaroş (Macarıstan) - Priştina (Kosovo)
20.00 HİK (Finlandiya) - Buduçnost (Monteneqro)
21.00 Jalgiris (Litva) - Linfild (Şimali İrlandiya)
21.00 ÇFR (Rumıniya) - Borats (Bosniya və Herseqovina)
21.30 Fola Eş (Lüksemburq) - Linkoln (Cəbəllütariq)
22.00 Şkendiya (Şimali Makedoniya) - Mura (Sloveniya)

Qeyd edək ki, bu raundun digər 9 oyunu iyulun 7-də baş tutacaq. Cavab qarşılaşmaları isə 13-14 iyulda olacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər