Füzulidə yanğın - Havaya helikopter qaldırıldı (VİDEO)

Füzulidə yanğın - Havaya helikopter qaldırıldı (VİDEO)


Fövqəladə Hallar Nazirliyinə (FHN) Füzuli rayonunun Qarazalı kəndində (Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata əsasən, dərhal Nazirliyin Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər