Ağdamda itkin düşən 43 yaşlı kişinin mina parlaması nəticəsində öldüyü məlum oldu - FOTO

Ağdamda itkin düşən 43 yaşlı kişinin mina parlaması nəticəsində öldüyü məlum oldu - FOTO


Ağdamda itkin düşən şəxsin minaya düşdüyü məlum olub.

Bu barədə Ağdam Rayon icra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, 10 gündən çoxdur itkin düşən Cəsarət Hətəmxanov rayonun işğaldan azad olunmuş Seyidli kəndi ərazisində minaya düşərək həlak olub.

Onun meyiti iyunun 16-da hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tapılıb.

C.Hətəmxanovun nəşi Quzanlı qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ağdamın Seyidli kənd sakini C.Hətəmxanov Quzanlı qəsəbəsində yaşayırdı. O, bu ayın əvvəlində Seyidli kəndinə gedib, daha sonra geri qayıtmayıb. Həmin gündən C.Hətəmxanovla əlaqə itib.

Ağdamda itkin düşən 43 yaşlı kişinin mina parlaması nəticəsində öldüyü məlum oldu - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər