Əlaqələrimizin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır

Əlaqələrimizin təməlində xalqlarımızın qardaşlığı və liderlərin  siyasi iradəsi dayanır


Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın, ölkələrimizin bu bağlılığı hər iki dövlət başçılarının çıxışlarında da hər zaman təsdiqlənir. Daim dünyaya nümunə olan bu həmrəylik regionda sülhün, təhlükəsizliyin təminatçısı kimi çıxış edir. İki dövlətin
siyasi iradəsinin və qətiyyətinin sayəsində reallaşan layihələr ölkələr, xalqlar arasında dostluq körpüsünü daha da möhkəmləndirir. Türkiyə rəsmiləri əbəs yerə Azərbaycan və Türkiyəni eyni köklər üzərində böyüyən ulu bir çinarın budaqlarına
bənzətmirlər. Həmin çinarın kölgəsi birgə həyata keçirilən layihələr sayəsində Qafqazdan Avropayadək bir çox ölkələrə  uzanıb. Bu birlik, həmrəylik 30 il həllini gözləyən Dağlıq Qarabağ münaqişəsinin 44 günlük Vətən müharibəsi nəticəsində tarixə qovuşmasında özünü bir daha dünyaya nümayiş etdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır” bəyanatı dünyaya ciddi mesaj olmaqla yanaşı, Azərbaycana böyük mənəvi güc və dəstək oldu. Dövlətimizin başçısı cənab İlham Əliyev  mayın 3-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul edərkən bir daha diqqəti Vətən müharibəsinə yönəldərək bildirmişdir ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir. Vətən  müharibəsində Qələbəmiz  bölgədə yeni bir reallıq yaratdı.
Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər. Rolumuz, təsir imkanlarımız artdı və artacaq”. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, əlaqələrimizin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır. Türk dünyasının  öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”,  “Bir millət, iki dövlət” tezisləri  iki dost, qardaş ölkənin münasibətlərinin dünəninə, bu gününə və gələcəyinə işıq salır. Bu gün bu əlaqələr Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində daha da möhkəmlənir, bütün sahələrdə yüksələn xətlə inkişaf edir.
Bütün bunlar bir daha onu göstərir ki, bu gün Azərbaycan-Türkiyə arasında münasibətlərin davamlı inkişafı bir çox sahələrdə artıq əməkdaşlıq səviyyəsindən birgə fəaliyyət səviyyəsinə yüksəlibdir. Bütün bu uğurlar Möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlığının sayəsində əldə edilmişdir.
Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir. Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə "qardaşım" deyərək müraciət etmələri
xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir.

Yusif Əhədov,
Salyan rayon gənci
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər