Azərbaycan-Türkiyə münasibətləri müasir dövrdə

Azərbaycan-Türkiyə münasibətləri müasir dövrdə


Azərbaycan və Türkiyə münasibətlərinin təməli olduqca möhkəmdir. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti keçən dövrdə özünü isbat etdi. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq, qarşılıqlı maraqlar əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim inkişaf etməkdədir.
Azərbaycan-Türkiyə münasibətləri iki ölkənin də dövlət başçıları tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqdadır. Qeyd etmək lazımdır ki, Azərbaycan və Türkiyənin mövcud potensialı əlaqələrin iqtisadi sferada, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan yaradır. Bu sahədə mühüm addımlar atılmışdır. Bildiyimiz kimi, Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılıb. İki qardaş ölkə arasında imzalanan yeni saziş isə böyük bir coğrafi məkanda həyata keçirilən enerji
siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biri olacaq. Çünki Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı “Nabukko” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişi ilə bağlıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.
İki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində hakim partiyaların da rolunu da qeyd etməliyik. Belə ki, 1-3 iyun tarixlərində YAP-ın nümayəndə heyətinin Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə Ankara şəhərində səfərdə olmuşdur. Nümayəndə heyətini qəbul edən Türkiyə Prezidenti Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı mərhələyə çatmasında
Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirdiyini vurğulayıb, bundan sonra da bölgədə sülhün bərqərar olması və iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi işinə Prezident İlham Əliyevin mühüm töhfələr verəcəyinə əmin
olduğunu ifadə edib. Bu görüş partiya liderləri arasında olan dostluq münasibətlərinin YAP və AKP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edəcək.
Türkiyənin aparıcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işlərində yaxından iştirakı iqtisadi əlaqələrin inkişafında yeni dövrün başlanğıcının əsasını qoydusa, YAP və AKP arasında imzalanmış niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın sübutudur.

Yaşar Rzayev,
Salyan şəhər sakini, müəllim
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər