Tarixə düşmüş qardaşlıq nümunəsi

Tarixə düşmüş qardaşlıq nümunəsi


Hər bir ölkə daxili və xarici siyasətini, iqtisadiyyatını, idarəetməsini, beynəlxalq əlaqələrini düzgün formada qurub inkişaf etdirdikcə regionda güclü dövlətə çevrilir. Buyüksəliş isə heç də bütün ölkələr tərəfindən birmənalı qarşılanmır.   Təssüflər olsun ki, ölkəmiz də belə dövlətlərdəndir. Onu gözü götürməyənlər və hər yolla müdaxilə edib zəiflətməyə çalışanlar çoxdur və onlardan istənilən qədər danışmaq olar. Lakin bir də daima ölkəmizin yanında olan və heç bir dəstəyini əsirgəməyən bir qardaşı, dostu var Azərbaycanın - tarixi əsrlərə söykənən şanlı Türkiyə.
Bu gün iki qardaş ölkənin əlaqələrinin dünyaya nümunə olacaq müttəfiqlik səviyyəsinə yüksəlməsi tarixi təməllərə söykənir. Təbii ki, xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi dünya miqyasında bir-birinə ən yaxın olan dövlətlərdir. Azərbaycan və Türkiyə hər zaman, ən çətin anlarda belə qardaşlıq nümunəsi ortaya qoyublar. Hətta, hər kəs bilir ki, Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə Kəlbəcər işğal edildikdən sonra bağlayıb. Məhz, bu günə qədər sərhədlərin bağlı qalması özü bir qardaşlıq rəmzi idi. Qardaş Türkiyə dövləti hər zaman olduğu kimi 44 günlük Vətən müharibəsinin ilk günlərindən də Azərbaycanın haqq işinə dəstək verib. Türkiyənin rəsmi şəxsləri ən yüksək səviyyədə açıqlamalar verməklə, Türkiyənin Azərbaycanın yanında olduğunu qətiyyətlə bildirməklə, üçüncü tərəflərin bu haqq işində Azərbaycana mane olmaması, müdaxilə etməməsi üçün siyasi iradə ortaya qoydular. Türkiyə rəsmilərinin birmənalı dəstəyi Azərbaycana çox böyük siyasi və mənəvi dayaq olmaqla yanaşı, eyni zamanda, bütün dünyaya bir siqnal idi. Həmçinin, Türkiyə dünya miqyasında güc mərkəzi kimi bütün bölgələrdə, o cümlədən regionumuzda çox müsbət rol oynayır. Türkiyənin nüfuzunu və gücünü bütün dünya məhz 44 günlük müharibə zamanı da gördü. Müharibə dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin keyfiyyətini də müşahidə etdi. Bu gün artıq dünya üçün sirr deyil ki, Azərbaycan Türkiyə istehsalı olan müdafiə sistemlərindən məharətlə istifadə edərək müharibədə böyük üstünlüyü təmin edib. Bu fakt isə əsas yaradır ki, Azərbaycan bundan sonra ordusunu Türkiyə hərbi texnologiyası hesabına təkmilləşdirsin. Bu mənada, Türkiyədən yeni silahların alınması istiqamətində işlər də aparılır. Hətta, yeni kontraktlar belə imzalanıb, Türkiyədə istehsal olunan ən müasir silah növlərinin
Azərbaycana gətirilməsi üçün razılaşmalar əldə edilib.
Türkiyə müharibədən sonra azad edilmiş torpaqlarımızda təhlükəsizliyin təmin olunması və nəzarətdə saxlanılması prosesinə də öz dəstəyini verir. Bu gün Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında Rusiya-Türkiyə Monitorinq Mərkəzi fəaliyyət
göstərir. Əlbəttə ki, birgə Monitorinq Mərkəzinin fəaliyyəti bölgəmizin sabitliyini qorumaq üçün çox önəmli amildir.
Həmçinin, Türkiyə şirkətləri Qarabağın yenidənqurma işlərində də aktiv iştirak edir. Artıq ilk müqavilələr belə Türkiyə şirkətləri ilə imzalanıb. Bu barədə keçirdiyi mətbuat konfransında ətraflı danışan cənab Prezident İlham Əliyev deyib ki, görüləcək
işlərin həcmi çox böyükdür. Hətta, Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərirlər. Artıq ilkin razılaşmalar da əldə edilib. Ümumilikdə, Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif inşaat layihələrində iştirak ediblər. Əlbəttə ki, işğaldan azad edilmiş torpaqlarda da bir çox sahələrdə Türkiyə
şirkətləri uğurlu fəaliyyət göstərəcəklər.

Ceyhun Məmmədov,
Salyan rayon Yuxarı Noxudlu kənd sakini,
İkinci Qarabağ müharibəsi iştirakçısı
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər