Dövlət başçılarının qardaşlıq münasibətləri ölkələrimiz arasında əlaqələrin inkişafına əvəzsiz töhfələr verir

Dövlət başçılarının qardaşlıq münasibətləri ölkələrimiz arasında  əlaqələrin inkişafına əvəzsiz töhfələr verir


Müasir Azərbaycan dövlətçiliyinin qurucusu, Azərbaycan xalqının milli lideri Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə türk dünyasını əhatə edir. Məhz Azərbaycan-Türkiyə münasibətlərinin yaranmasının təməllərini Ulu Öndərimizin ictimai, siyasi-ideoloji fəaliyyəti və ideyaları əsasında yaradılmışdır. Həmin illərdə Azərbaycanın rəhbəri kimi ümummilli lider Heydər Əliyev respublikamızın Türkiyə ilə həm elmi, həm də mədəni-humanitar əlaqələrinin bərpa edilməsi və genişləndirilməsi məslələlərinə mühüm əhəmiyyət vermiş, bu sahədəmövcud olan problemlərin aradan qaldırılması üçün özünün İttifaq rəhbərliyi yanındakı nüfuzundan maksimim dərəcədə istifadə etməyə çalışmışdır. Bu gün regionda əsası qoyulan Türkiyə-Azərbaycan qardaşlığına əsaslanan bir sıra strateji və taleyüklü layihələr təkcə region üçün deyil dünya miqyaslı iqtisadi
əməkdaşlığı özündə ehtiva edir. Bu qardaşlığın simvolu Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamında çox aydın ifadə olunur. Dünyada elə iki dövlət tanımaq olmaz ki, onlar arasındakı dostluq Türkiyə və Azərbaycan arasında olan dostluq və qardaşlıq qədər saf, səmimi və etibarlı olsun. Bu qardaşlıq əsrlər boyu sınaqlardan çıxıb. Çanaqqala döyüşündə xalqlarımızın çiyin-çiyinə döyüşməsi, Qafqaz İslam Ordusunun Azərbaycanı işğaldan azad etmək üçün ölkəmizə gəlməsi bu sınaqlardandır. İkinci Qarabağ savaşı isə bu qardaşlıq münasibətlərini bir daha təsdiq etdi Bu gün türk dövlətlərinin və xalqlarının birliyinin avanqardına çevrilən, bu birlyin daha da möhkəmlənməsinə xidmət edən bir-birindən önəmli tədbirlərə ev sahibliyi edən Azərbaycan Prezdenti cənab İlham Əliyev türk dünyasının ən yaxşı liderlərindən biri kimi sevilir, öz praqmatik və çevik siyasəti ilə türk xalqlarının inkişafına misilsiz töhfələr verir. Yeni dönəmdə Türkiyə və Azərbaycanın həyata keçirdiyi birgə iqtisadi layihələr iki ölkənin qardaşlığını daha da gücləndirir.
Türkiyə və Azərbaycan xalqlarının bir-birinə yaxınlığı bütün sahələrdə özünü göstərir. Bu əlaqələrin böyük tarixi var. İki xalq və dövlət yaxşı və çətin günlərdə hər zaman bir-birinin yanında olub. Dövlət başçılarının qardaşlıq münasibətləri ölkələrimiz arasında əlaqələrin inkişafına əvəzsiz töhfələr verir. Ölkələrimiz iqtisadi- siyasi sahələrdə çiyin-çiyinə bərabər çalışırlar. Bu birlik işğaldan azad edilən torpaqların bərpasında da mühüm rol oynayacaqdır.

Cavid Rəhimov,
Salyan rayon sakini, müəllim
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər