Ukrayna Türkiyədən "Korkut" zenit kompleksləri ala bilər - FOTOLAR

Ukrayna Türkiyədən "Korkut" zenit kompleksləri ala bilər - FOTOLAR


Türkiyənin “Aselsan” şirkəti Ukraynaya öz istehsalı olan yaxın məsafəli hava hücumundan müdafiə sistemlərini təklif etməyə hazırlaşır.

"Bakupost.az xəbər verir ki, söhbət NATO standartlarına uyğun olaraq hazırlanan 35 mm-lik özüyeriyən “Korkut” zenit komplekslərindən gedir.

İstehsalçı şirkət kompleksin müasir operativ və taktiki tələblərə cavab verdiyini bildirib. “Korkut” atış məsafəsi 4 km olan 35 mm-lik ikili lülə ilə təchiz olunub. Onun atış sürəti dəqiqədə 1100 atəşdir.

Bir çox digər üstünlüklərə malik silahın əldə olunmasına dair tərəflər arasındakı danışıqların gələn həftə Kiyevdə keçiriləcək hərbi sərgi çərçivəsində baş tutacağı bildirilib.

Ukrayna Türkiyədən "Korkut" zenit kompleksləri ala bilər - FOTOLARUkrayna Türkiyədən "Korkut" zenit kompleksləri ala bilər - FOTOLARБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər