Bu il məktəblərdə "Son zəng" tədbirinə icazə veriləcək? - AÇIQLAMA

Bu il məktəblərdə "Son zəng" tədbirinə icazə veriləcək? - AÇIQLAMA


Ötən il koronavirus pandemiyası ilə əlaqədar olaraq ilk dəfə orta məktəblərdə “Son zəng” mərasimi” onlayn qaydada təşkil olundu.

Hətta maraqlı etmək üçün “Son zəng”i sabiq təhsil naziri Ceyhun Bayramov çalmışdı.
Ötən ildən fərqli olaraq pandemiya bitməsə də nisbətən səngiyib. Azərbaycanda da vaksinasiyanın aparılması, o cümlədən yoluxma saylarının kəskin aşağı düşməsi yumşalmalara gətirib çıxarıb.

Vəziyyətin müsbətə doğru getməsi Azərbaycanda bir ildən artıq müddətdir qapalı qalmış sektorlarda da məhdudiyyətlərin aradan qaldırılmasına səbəb oldu.

Artıq orta məktəblərdə dərslərin bitməsinə bir həftə vaxt qalıb. Buna baxmayaraq “Son zəng” tədbirinin onlayn, yoxsa ənənəvi qaydada keçiriləcəyi ilə bağlı rəsmi məlumat yoxdur.

Təhsil Nazirliyindən sorğusuna cavab olaraq bildirilib ki, pandemiya dövründə ictimai toplaşma, kütləvi tədbirlərin təşkili və ləğvi ilə bağlı müvafiq qərarlar Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Məlumatda qeyd olunub ki, qərar açıqlanarsa, bu barədə mediaya və ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci ildən etibarən ölkə üzrə bütün kütləvi tədbirlərin keçirilməsini qadağan edib. Sözügedən qadağa hələ də qüvvədədir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər