Mustafa Cecelinin Bakıdakı konserti müzakirələrə səbəb oldu - DİN-dən REAKSİYA/VİDEO

Mustafa Cecelinin Bakıdakı konserti müzakirələrə səbəb oldu - DİN-dən REAKSİYA/VİDEO


Türkiyəli müğənni Mustafa Cecelinin ötən gün Bakıda konsert proqramı ilə çıxış etməsini əks etdirən görüntülər yayılıb.

“Sosial şəbəkələrdə yayılan konsert proqramından videonu M.Ceceli də öz “İnstagram” səhifəsində də paylaşıb.

Bakıda yerli məkanlardan birində baş tutan konsertlə bağlı müğənni bunları yazıb:

“Səhnədən ötrü çox darıxmışıq... İnşallah, bu görüntülərə ən qısa zamanda Türkiyədə də qovuşarıq, konsertlər yenidən başlayar. Bakıda bizi coşğuyla qarşılayan və həmişə bir ağızdan mahnıları zümzümə edən hər kəsə təşəkkür edirəm. Yaşa, var ol, Can Azərbaycan” -müğənni bildirib.

Sözügedən görüntülərdə sosial məsafəyə riayət olunmaması sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələrə səbəb olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov sözügedən konsertlə bağlı “Ölkə.az”a danışıb. O, açıqlamasında məsələnin araşdırılacağını bildirib.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər