Şəhid Kapitan Cavadov Cəlil

Şəhid Kapitan Cavadov Cəlil


Cavadov Cəlil Ağaddin oğlu 29.03.1989-cu ildə Lerik rayonunda anadan olmuş, rayonunun Xəlifəküçə kəndində böyümüşdür. Erkən yaşlarında hər iki valideynini itirmişdir. 2003-cü ildə şəhid Z.Səfərov adına Blaband kənd orta məktəbin 8-ci sinifini bitirərək C.Naxçanski adına hərbi liseyə qəbul olmuşdur. 2006-cı ildə həmin liseyi bitirərək H.Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuşdur. Ali Hərbi Məktəbi Motoatıcı ixtsası üzrə bitirən gənc leytenant C.Cavadov 2011-2015-ci illərdə Ağdam rayonu ərazisində düşmənlə təmas xəttində (səngərdə) motoatıcı tağım komandiri və bölük komandiri vəzifələrində vətənin keşiyində durmuşdur. 2015-2020-ci illərdə Bərdə, Qazax, Qaradağ və Qusar rayonlarındakı müxtəlif hərbi hissələrdə vətənə xidmətini davam etdirən C.Cavadov kapitan hərbi rütbəsinə və motoatıcı tabor komandirinin müavini vəzifəsinədək yüksəlmişdir.

Şəhid Kapitan Cavadov Cəlil


Kapitan C.Cavadov 27 sentyabr 2020-ci il tarxində tabor komandirinin müavini vəzifəsində ikinci Vətən Müharibəsinə qoşulmuşdur. Daim vətənpərvərliyi, mərdliyi və igidliyi ilə seçilən komandir C.Cavadov döyüşlərdə yüksək şücaətlər göstərərək Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad olunmasında misilsiz xidmətləri olmuşdur. Hücum döyüşlərini yüksək peşəkarlıqla təşkil edən cəsur komandir Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə dəfələrlə çətin situasiyalarda hərbi-taktiki bacarıqları ilə cəbhəni yararaq düşməni geri oturtmuşdur. Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azad edilməsi uğrunda başlanılan döyüş tapşırığında 27.10.2020-ci il tarixində Cütçü kəndi ərazisində strateji yüksəkliyin alınması məqsədilə hücum əməliyyatına rəhbərlik edən C.Cavadov düşmən mühasirəsinə düşsə də son nəfəsinədək torpaqlarımızın azad olunması uğrunda döyüşmüş, düşmənin xeyli sayda canlı qüvvəsini məhv etdikdən sonra qəhrəmancasına şəhid olmuşdur. Ruhun şad olsun cənab kapitan! Vətən sağ olsun!

Xidməti dövründə C.Cavadov 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalları və “Fəxri fərman”larla təltif edilmişdir.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə, vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhid Kapitan Cavadov Cəlil


Şəhid Kapitan Cavadov Cəlil haqda olan xatirə qəzetimizi onun qardaşı Fərid Cavadzadəyə çatdırmağı özümüzə borc bildik. Şəhidin qəbrini zityarət edərkən təsadüf nəticəsində dayısı da orada idi. Düzü biz Fəridlə Şəhidin xatirəsinə tikilən bulağın açılışında olamlı idik. Allah bilən məsləhət imiş həyat yoldaşımın 1993-cü ildə Lerikin Osnağakujə kəndinə apardığı Tanpo ləqəbli şəhid Namiqi ziyarət edərkən, orada bildirdilər ki burada bir şəhidimiz də var. Olduğum hər bir qəbirsanlıqda şəhid varsa ziyarət etməmiş çıxmırıq. Adəti üzrə şəhidimizi ziyarət edərkən onun Cəlil olması məni daha da kövrəltdi. Hansı ki elə may ayının qəzetində onun haqqında yazı getmişdi. Qəbr üstündə sanki nəfəsim gəlmirdi… Ailənin həyat talehini xatırladıqca sanki canım az qala çıxacaqdı orada. Bəli bu 4 qardaş atası-anasız böyümüşdü, amma buna baxmayaraq dördü də ayaq üstə qalmağı bacarmışdllar. Onlardan ikisi elə hərbiçi idi. Fərid isə iqtisadçıdır və Azərbaycan Şəhərsalma və Arxitektura Komitəsində Maliyyə və satınalmalar şöbəsində baş məsləhətçi olaraq çalışır. Fərid haqda hər zaman yoldaşımdan xoş sözlər eşidərdim bu dəfə isə redaksiyamıza gəlişi ilə bir daha bunu özü təsdiq etdi.

“DODO” redaksiyası adından şəhidimiz kapitan Cavadov Cəlilə Allahdan rəhmət diləyirik və yaxınlarına da baş sağlığı veririrk. Qəbrin nurla dolsun şəhidim! Haqqınızı halal edin.

Şəhid Kapitan Cavadov Cəlil




İradə Dodo Məlikova
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər