Şahin Məmmədov: Vətəndaş məmnunluğu dövlət siyasətinin əsasında dayanır

Şahin Məmmədov: Vətəndaş məmnunluğu dövlət siyasətinin əsasında dayanır



Masallı rayon İcra hakimiyyətinin başçısı - COVID-19 pandemiyası 2020-ci ili iqtisadi baxımdan dünya dövlətləri üçün durğunluq dövrü kimi tarixə yazdı. Diqqət yetirsək görərik ki, mübarizə tədbirlərinə başlanan zaman əksər dövlətlərin özünə qapanaraq vəziyyətdən çıxmaq üçün düzgün yol müəyyənləşdirə bilməmələri bir sıra iqtisadi və sosial fəsadlara yol açdı. Azərbaycan isə yenə də özünün təcrübəsi ilə diqqət çəkdi. Ümumdünya Səhiyyə Təşkilatı ilk gündən bu proqnozunu açıqladı ki, Azərbaycan koronavirus infeksiyası ilə mübarizədən az itki ilə çıxacaq. Dövlətimizin başçısı İlham Əliyev insanların sağlamlığı amilini önə çəkməklə yanaşı, iqtisadi islahatların dərinləşdirilməsini, heç bir sosial layihənin təxirə salınmayacağını qarşıya əsas hədəf kimi qoydu. 2020-ci ilin ilk ayından bugünədək görülən tədbirlərə, atılan addımlara diqqət yetirsək qarşıya qoyulan məqsədə nail olunduğunu görərik.

Dünyaya müasir Azərbaycanın gücünü göstərməliyik. Azərbaycanın COVID-19-la mübarizə tədbirlərinə başlandığı gündən həyata keçirdiyi tədbirlər planlı xarakter daşıyıb. İstər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə reallaşdırılan tədbirlər Azərbaycan təcrübəsinin təqdir olunmasını şərtləndirir. İlk gündən səhiyyə sisteminin təkmilləşdirilməsinə, yeni xəstəxanaların tikilib istifadəyə verilməsinə, modul tipli xəstəxanaların quraşdırılmasına diqqət göstərildi.

Ölkəmiz pandemiya dövründə birgə mübarizə tədbirlərini həyata keçirməyə xidmət edən bir çox nəcib təşəbbüslər irəli sürdü, eyni zamanda, iqtisadi imkanları zəif olan xarici ölkələrə yardım etməyi özünə mənəvi borc bildi. Bu dövrdə 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərilib, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verilib. Həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının Zirvə görüşləri COVID-19-a həsr edilib. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da etmişdir ki, peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Hətta Azərbaycan tərəfindən zəngin ölkələrə kasıb ölkələrin vətəndaşları üçün o peyvəndin alınmasına çağırış olunmuşdur. Bütün bunlar Azərbaycanın digər ölkələrin problemlərinə laqeyd yanaşmadığını, ən çətin anlarda onları tək qoymaq istəmədiyini təsdiqləyir.

Masallıda məhsul yığımı

Şahin Məmmədov: Vətəndaş məmnunluğu dövlət siyasətinin əsasında dayanır


Masallı rayonunda 1145,8 hektardan bitkiçilik məhsulları toplanıb

Masallı respublikamızın mühüm kənd təsərrüfatı rayonlarındandır. Zəngin iqlimi, relyefi, əkinə yararlı və məhsuldar torpaqları rayonda kənd təsərrüfatının bir çox sahələrinin inkişafına müsbət təsir göstərib. Rayonda kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün daxili imkanlar çoxdur.
01.06.2021-ci ilə Masallı rayonu üzrə 1145.8 hektar sahədən bitkiçilik məhsulları toplanıb. Əkin sahələrinin 167 hektarını dənli və dənli paxlalı bitkilər, 387 hektarını kartof, 591.8 hektarını tərəvəz bitkilər təşkil edib.
Bu barədə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, rayonda 416.3 ton dənli və dənli paxlalı bitkilər, 5930.9 ton kartof, 13925.1 ton tərəvəz bitkiləri istehsal olunub.
2020-ci ilin payızında rayonda cari ilin məhsulu üçün 17 min 219 hektar sahədə şum aparılıb, 13 min 350.5 hektar sahəyə taxıl səpilib. Taxıl əkinlərinin 7 min 496 hektarını buğda, 2 min 842 hektarını arpa, 3 min 012.5 hektarını isə xəsil arpa sahələri təşkil edir.

Masallının rəhbər işçiləri şəhid uşaqları ilə

Şahin Məmmədov: Vətəndaş məmnunluğu dövlət siyasətinin əsasında dayanır


1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə rayon İcra hakimiyyətinin əməkdaşları ərazilərdə şəhid övladları ilə görüşmüşlər.

Görüş zamanı Masallı rayon İcra hakimiyyəti başçısnın I müavini Məmmədhüseyn Hüseynov, Masallı rayon İcra hakimiyyəti başçısnın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Seyfəddin Əliyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadiyev, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırıilması şöbəsinin müdir müavini Niyazi Bağırov və başqaları ərazilərdə azyaşlı uşaqları olan şəhid ailələrini ziyarət etmiş, şəhidlərin övladlarını 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etmiş və onlara müxtəlif hədiyyələr təqdim etmişlər.

Şəhid ailələri onlara və övladlarına göstərilən yüksək diqqət və qayğıya görə Ölkə başçısı Cənab İlham Əliyevə, rayon rəhbərliyinə və qonaqlara minnatdarlıqlarını ifadə etdilər.

Şahin Məmmədov: Vətəndaş məmnunluğu dövlət siyasətinin əsasında dayanırŞahin Məmmədov: Vətəndaş məmnunluğu dövlət siyasətinin əsasında dayanırŞahin Məmmədov: Vətəndaş məmnunluğu dövlət siyasətinin əsasında dayanırŞahin Məmmədov: Vətəndaş məmnunluğu dövlət siyasətinin əsasında dayanır
Şahin Məmmədov: Vətəndaş məmnunluğu dövlət siyasətinin əsasında dayanır
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər