Qırğızıstanla-Tacikistan sərhədində vəziyyət yenidən gərginləşdi

Qırğızıstanla-Tacikistan sərhədində vəziyyət yenidən gərginləşdi


Qırğızıstanla-Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib.

“RİA Novosti” xəbər verir ki, Tacikistan tərəfi, Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı tərəflərin hökumətlərarası nümayəndə heyətlərinin əvvəllər əldə etdikləri bütün razılaşmaları pozub. Tacikistanın 4 iyun 2021-ci il tarixində, saat 03.00 radələrində Qırğızıstan sərhədinin 1 km dərinliyinə daxil olaraq ub Oş vilayətinin Çon-Alay rayonunun “Unju-Bulak” dövlət sərhəd məntəqəsində konteyner yerləşdirdiyi bildirilib. Bundan əlavə, sərhədin Tacikistan tərəfində avtomobil yüngül zirehli maşınların, o cümlədən hərbçilərin sıx toplaşdığı qeyd olunub.

Həmçinin vurğulanıb ki, Qırğızıstan tərəfi vəziyyəti tərəflərin sərhədçiləri səviyyəsində tənzimləmək üçün tədbirlər görməyə çalışsa da, Tacikistan sərhədçiləri telefon zənglərinə cavab verməyib.

Xatırladaq ki, Qırğızıstan-Tacikistan sərhədindəki “Golovnoy” su şəbəkəsinə nəzarət uğrunda 28 apreldə başlayan gərginlik əvvəlcə iki ölkə əhalisinin bir-birini daşlamasına səbəb olub. Daha sonra isə silahlı qarşıdurma baş verib. Ümumilikdə hadisə nəticəsində 36 Qırğızıstan vətəndaşı həlak olub, təxminıən 200 nəfərə yaxın şəxs isə yaralanıb. 30 aprel günortadan sonra tərəflər atəşkəs razılığı əldə edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər