Rusiya hökumətindən yeni tələb: miqrantlar bunları bilməlidirlər

Rusiya hökumətindən yeni tələb: miqrantlar bunları bilməlidirlər


Rusiyada xarici işçilərdən rus dilini, ölkənin tarixini və qanunvericiliyinin əsaslarını bilmək tələb olunacaq.
"Bu sahələrdə minimum bilik səviyyəsinə dair tələblər Rusiya hökumətinin müvafiq fərmanı ilə təsdiqlənib.

Belə ki, miqrantlar sosial-məişət və bəzi peşə mövzularında rus dilində sərbəst danışmalıdırlar. Bu, xüsusilə, işə qəbulda, xəstəxanalara və polisə müraciət zamanı tələb olunur. Xarici işçilər, həmçinin lazımı sənədləri və ərizələri doldura bilməlidirlər.

Rusiya tarixi imtahanında xarici işçilərin əsas hadisələr, iri şəhərlərin adları və dövlət bayramları barədə bilikləri də yoxlanılır. Bundan əlavə, onlar ölkədə olduqları müddətdə özlərinin əsas hüquqları, azadlıqları və vəzifələri ilə tanış olmalıdırlar.

Bu tələblər bəzi istisnalar olmaqla, Rusiyada yalnız müvəqqəti yaşamağı planlaşdıranlar şəxslərə də aiddir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər