Vətən müharibəsində əldə olunmuş Qələbə Ermənistanın işğalçı siyasətinə son qoydu

Vətən müharibəsində əldə olunmuş Qələbə Ermənistanın işğalçı siyasətinə son qoydu


1990-cı illərin əvvəllərində torpaqları işğal olunan Azərbaycanın sonrakı illərdə apardığı danışıqlar, beynəlxalq ictimaiyyətin laqeyd münasibəti, ATƏT-in Minsk qrupunun həmsədrlərinin səmərəsiz fəaliyyətləri uzun illər nəticəsiz qalırdı. Amma Azərbaycan dövləti bu illərdə heç vaxt həmin vəziyyətlə barışmamış və istənilən yolla torpaqlarını işğaldan azad edəcəyini bəyan etmişdi. Artıq zaman yetişmişdi və Ordumuz 44 gün ərzində işğal altında olan torpaqlarımızı, Qarabağın ürəyi Şuşanı azad etdi. Azərbaycan öz qələbəsi ilə həm də Ermənistanı məğlubiyyət aktına imza atmağa məcbur etdi. Bu qələbə ilə bağlı hələ cox danışılacaq. Üstündən illər, onilliklər, hətta yüzillər ötsə də, Azərbaycanın bu tarixi qalibiyyətinə müraciət ediləcək, bir dövlətin, bir xalqın öz haqq işi uğrunda mübarizəsi bütün dünyada nümunə kimi göstəriləcək. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş, əsaslandırılmış siyasəti nəticəsində dövlətimiz hər il əvvəlki ildən daha möhtəşəm nailiyyətlərə imza atır. Müstəqilliyinin bərpasının cəmi 30-cu illiyində Azərbaycan əksər ölkələrin nail olmadığı bu siyasi uğura imza atdı. Ölkəmiz beynəlxalq gündəmin müəyyən edilməsində əsas rol oynadı, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına layiqli töhfələr verdi.

Eyni zamanda Azərbaycanın öz torpaqları uğrunda inamla savaşa başlaması da müstəqil siyasətin təzahürüdür. İlham Əliyevin sürətlə inkişaf etdirdiyi, möhkəmləndirdiyi respublikamızın uğurlu hərbi əməliyyatları da güclü dövlətin ortaya qoyduğu reallıq idi. Prezident İlham Əliyev 44 gün ərzində beynəlxalq təzyiqləri layiqincə dəf etmişdi. Ən əsası, Ali Baş Komandan bir daha bütün dünyaya sübut etdi ki, heç bir qüvvə Azərbaycanı özünün haqq yolundan döndərə bilməz. Beləliklə, həm tarixinin ən güclü dövlətinə çevrilməsi, həm də tam müstəqil siyasət yürütməsi Azərbaycanın Vətən müharibəsindən qalib kimi çıxmasını şərtləndirən əsas amillər oldu.

Bu gün Azərbaycan xalqı olaraq torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırıq. Hazırda qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq. Qarabağ bölgəsində həyata keçirilən faktiki layihələr gələcəkdə bütün ölkə üçün pilot layihə kimi baza rolunu oynaya bilər. Bütövlükdə, bu tipli layihələr bölgənin gələcək inkişafında mühüm rol oynayacaq.

Biz bu gün müşahidə edirik ki, Ermənistanda baş qaldırmağa çalışan revanşist qüvvələr var. Ölkəmizin geosiyasi əhəmiyyətinin və iqtisadi gücünün artması bölgədə sülhün, sabitliyin təmin edilməsi üçün də böyük əhəmiyyətə malikdir. Bu güc Ermənistanda baş qaldırmağa çalışan revanşist qüvvələrin önünü kəsmək üçün zəruridir. Ermənistan Azərbaycanı növbəti təxribatlarla, yeni müharibə ilə hədələməyə çalışır. Bu cür revanşist və faşist yanaşmalar artıq öz əhəmiyyətini itirməyə başlayıb. Zamanla regional layihələr icra edildikcə Ermənistan belə münasibətdən əl çəkməli, öz məğlubiyyətini qəbul etməlidir. Çünki artıq Ermənistan ordusu yoxdur, məhv edilib. Digər tərəfdən isə Ermənistanın artıq iqtisadi və sosial potensialı da qalmayıb.

Regionda bu potensiala sahib olan və tranzit əlaqələri təmin edən ölkə Azərbaycandır. Bütün iqtisadi maraqlar Azərbaycanın ərazisində kəsişdiyinə görə burada bütövlükdə regionun təhlükəsizliyi məsələsi önəm daşıyır. Ermənistanın bu cür münasibəti bütün region üçün təhdid deməkdir və bu yolu seçməklə növbəti dəfə öz dezinteqrasiyasının mənfi nəticələrini görəcək. Ermənistanda artıq anlamalıdırlar ki, erməni faşizminin mövcud şəraitdə - regional maraqlar və təhlükəsizlik çərçivəsində bir daha baş qaldırması qeyri-mümkündür, belə addımların nəticəsi onlar üçün daha acınacaqlı ola bilər. Erməni tərəfi başa düşməlidir ki, onların başqa çıxış yolu yoxdur.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər