“Holcim Azerbaijan”a sədr təyin olunacaq

“Holcim Azerbaijan”a sədr təyin olunacaq


“Holcim Azerbaijan” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
“Yığıncaq iyulun 30-da, saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, İzmir prospekti, 6 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2019-2020-ci illər üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, hər iki ilin maliyyə nəticələri üzrə dividend ödənilməsi, Cəmiyyətin Müşahidə Şurasının və Təftiş Komissiyasının tərkibinin müəyyən edilməsi, Müşahidə Şurasının sədrinin təyin olunması, cəmiyyətin nizamnaməsinə əlavə və dəyişikliklərin təsdiq olunması, “Holcim Technology" şirkəti ilə imzalanacaq Sənaye Əqli Mülkiyyət müqaviləsinin, “Lafarge Holcim" şirkəti ilə imzalanacaq Brend Müqaviləsinin, “Holcim Auslandbeteiligungs GMBH” şirkəti ilə imzalanacaq borc müqaviləsinin təsdiq edilməsi, müqavilələrdə kreditor “Holcim Auslandbeteiligungs GMBH”nin “LafargeHolcim İnternational Finance” şirkəti ilə əvəz edilməsi məsələləri daxildir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər