Neft Fondunun aktivləri niyə azalıb? - Ekspert

Neft Fondunun aktivləri niyə azalıb? - Ekspert


Dövlət Neft Fondunun məlumatına görə, Fondun aktivləri birinci rübdə 1,84% azalaraq 43,6 milyard dollardan 42,8 milyard dollara düşüb. Yəni Fond 3 ayda 803 milyon dollar itirib. Aktivlərin azalmasına səbəb, Fondun da qeyd etdiyi kimi, qızılın uculaşması və əsas valyutaların ABŞ dollarına nəzərən dəyərsizləşməsidir. Təxmini hesablamalar apardıqda məlum olur ki, təkcə 2021-ci ilin yanvar-mart aylarında dünya əmtəə birjalarında qızılın 9,8% ucuzlaşması hesabına Fondun itkisi 580 milyon dollara yaxın olub. Bu müddətdə qızılın unsiyası 1874,3 dollardan 1691,5 dollara düşüb.

Bunu iqtisadçı ekspert Samir Əliyev deyib. O bildirib ki, valyutalara gəldikdə isə İngilis funtu istisna olmaqla ən azı aktivlərin 1/3-ni təşkil edən 7 valyutanın 6-ı ABŞ dollarına münasibətdə dəyərini itirib:

“Aktivlərin 1/5-nin məxsus olduğu avronun dəyər itirməsi 4%-ə yaxın olub. Bu, Fonda 420 milyon dollar zərər vurub. Daha çox ucuzlaşma paylarının kiçik olmasına rəğmən Türkiyə lirəsi (10%) və Yaponiya yenində (7,2%) qeydə alınıb. Bundan başqa dollar qarşısında Rusiya rublu 2,2%, Avstraliya dolları 1,25%, Çin yuanı 0,4% zəifləyib. Fondun açıqlamasına görə, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 2 milyard manatdan çox olub”.

Ekspertin sözlərinə görə, digər məsələ A və daha yüksək kateqoriyalı reytinqə malik qiymətli kağızlara yatırımın payının 91,2%-dən 89,9%-ə düşməsidir. Əvəzində BBB dərəcəli reytinqə malik kağızların payı 7,4%-dən 8,8%-ə yüksəlib.

“Əlbəttə, Fondun aktivlərinin azalması fiziki xərcləmələrlə bağlı deyil. Ən azı Fond da qeyd edir ki, birinci rüb gəlir xərcləri üstələyib. Ola bilsin, ikinci rübün sonuna valyutaların dollara münasibətdə möhkəmlənməsi və ya qızılın bahalaşması baş versin. Yaxud da hər ikisi baş versin. Bu halda aktivlərin artması baş verəcək”, - deyə ekspert əlavə edibБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər