Putin "ali hökmdar" adlansın - Jirinovski

Putin "ali hökmdar" adlansın - Jirinovski


Rusiyada LDPR lideri Vladimir Jirinovski prezident vəzifəsinin adının dəyişdirilməsini təklif edib.

O, bildirib ki, “prezident” sözü ingilis mənşəlidir. “ABŞ-dan və İngiltərədən olan uşaqlar bizə gülür, deyirlər ki, baxın, rusların hətta rus sözü də yoxdur ki, rəhbər vəzifəni o sözlə adlandırsınlar”, - Jirinovski bildirib.

Siyasətçinin fikrincə, ideal olardı ki, Rusiyada dövlət başçısını “ali hökmdar” adlandırsınlar. O, “çar” titulunun qaytarılması ideyasını rədd edib. “Monarxiya ideal variantdır, amma köhnəlib, vəssalam”, - Jirinovski deyib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər