Fərid Şahbazlı: Ümumdünya Səhiyyə təşkilatı İlham Əliyevin liderliyini alqışlayır

Fərid Şahbazlı: Ümumdünya Səhiyyə təşkilatı İlham Əliyevin liderliyini alqışlayır


İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı - Bu, bir həqiqətdir ki, koronavirus pandemiyası başlanandan etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən çox ciddi tədbirlər görülməklə yanaşı, regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Bu gün ölkənin səhiyyə sistemi qısa zamanda virusla mübarizəyə istiqamətləndirilib, xüsusi karantin rejimi tətbiq olunub, modul tipli xəstəxanalar inşa edilib, maska istehsalı fabriki açılıb, 20-dən çox müasir laboratoriya quraşdırılıb. Ölkəmizdə həm də yoluxmanın erkən aşkarlanması üçün xeyli sayda testlərin aparılması, koronavirusa yoluxmuş bütün xəstələrin xəstəxana şəraitində yüksək səviyyədə müalicə edilməsi də bu prosesin tərkib hissəsidir. Bundan başqa, xüsusi karantin rejiminin tətbiq olunduğu zaman dövlət hər bir vətəndaşının yanında olub, onların problemlərinin həllinə dəstək göstərib, maddi yardım edib. İqtisadi sabitliyi, məşğulluqla bağlı problemləri həll etmək üçün sosial-iqtisadi dəstək paketi qəbul olunub. Ən nəhayət, vaksinasiya prosesinə başlanılıb. Bütün bu proseslər isə vətəndaş sağlamlığının qorunması faktorunun dövlət üçün prioritet olduğunu göstərdi və Prezident İlham Əliyevin birbaşa nəzarəti, təşəbbüskarlığı ilə pandemiyaya qarşı mübarizə tədbirləri, atılan ümumi addımlar həm də növbəti Azərbaycan təcrübəsini yaratdı.

Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir. Bu günədək 1.4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalimizin 14 faizini təşkil edir. Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlıdır.

İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Fərid Şahbazlı bu işin müqəddəsliyini qoruyub saxlayır. Fərid Şahbazlı kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Fərid Şahbazlıdan danışdılar yaxşı ki, Fərid Şahbazlı İslahatçı Gənclər İctimai Birliyinin sədridir… Fərid Şahbazlı öz isguzarlığı ilə tanınır və seçilir….

Fərid Şahbazlı Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Fərid Şahbazlını heç vaxt əqidəsindən döndərə bilməz.

Fərid Şahbazlı böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Fərid Şahbazlı yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Fərid Şahbazlı ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Fərid Şahbazlının böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Fərid Şahbazlı insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Fərid Şahbazlı bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun İslahatçı Gənclər İctimai Birliyinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Fərid Şahbazlı özünü doğruldub. Bizdə hörmətli Fərid Şahbazlını dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər