Vətən müharibəsinin şəhidi Nardaranda dəfn edildi - YENİLƏNİB

Vətən müharibəsinin şəhidi Nardaranda dəfn edildi - YENİLƏNİB


Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Hüseyn Xəlilov dəfn edilib.

Şəhid Sabunçu rayonunun Nardaran qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

***

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Hüseyn Xəlilovla vida mərasimi keçirilir.

Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak edirlər.

Mərasim başa çatandan sonra H.Xəlilov Nardaran qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, H.Xəlilov Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində doğulub. Vətən müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Altı ay komadan qalandan sonra aprelin 25-də şəhidlik zirvəsinə ucalıb.

Allah rəhmət eləsin!

Vətən müharibəsinin şəhidi Nardaranda dəfn edildi - YENİLƏNİBБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər