Vilayət Eyvazovun müavini hesabat verib

Vilayət Eyvazovun müavini hesabat verib


Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair hesabatı dinlənilib.

Hesabatı Milli koordinator, Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edib.

Milli koordinator diqqətə çatdırıb ki, insan alveri ilə mübarizə sahəsində qanunvericilik tədbirləri, profilaktika və maarifləndirmə işləri, təlim və treninqlər, beynəlxalq əməkdaşlıq, məcburi əməyin qarşısının alınması sahəsində tədbirlər, cinayət təqibi və qurbanlarla iş barədə ətraflı məlumat verib, insan alveri ilə mübarizənin nəticələrinə dair statistik göstəriciləri diqqətə çatdırıb.

"Bildirib ki, 2020-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 cinayət işi üzrə 155 insan alveri faktı, 2 cinayət işi üzrə 5 məcburi əmək və 40 insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə dair cinayət faktları müəyyən edilib. Ümumilikdə, insan alveri üzrə cinayətlərin açılması 98 faiz, məcburi əmək cinayətlərinin açılması isə 100 fazi təşkil edib. İnsan alveri cinayətləri törətdiklərinə görə 17-si qadın, 3-ü kişi olmaqla 20 şəxs məhkəmə məsuliyyətinə verilib. Məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 15 nəfərdən 12-si azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, 2 nəfər şərti məhkum edilib, 1 nəfərin cəzası isə usağı 14 yaşına çatanadək təxirə salınıb.

Ümumilikdə, 2020-ci ildə müəyyən olunmuş 94 insan alveri qurbanından 91-nə müvafiq köməkliklər göstərilib, maddi yardımlar edilib. Qurbanların uşaqları da diqqət mərkəzində saxlanılıb", - o qeyd edıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər