Zəngəzurda Paşinyanın maşının üstünə çıxdılar - VİDEO

Zəngəzurda Paşinyanın maşının üstünə çıxdılar - VİDEO


Paşinyan təhqir və söyüşlər altında Zəngəzuru tərk edib.
Zəngəzurda səfərdə olan baş nazir Nikol Paşinyan Aqarak şəhərinə girişinə imkan verilməyib.
Aqarak şəhərinə gələn Paşinyan səfərini yarımçıq kəsərək şəhəri tərk etmək məcburiyyətində qalıb.

"Ölkə.Az" erməni mediasına istinadən xəbər verir ki, yerli əhali Paşinyanı etirazla qarşılayaraq onun kartejinin qarşısını kəsərək, təcili şəhəri tərk etmək tələb olunub. Hətta insanlar onu mühafizə edən kartejin üzərinə çıxıb. Yerli əhali Paşinyanın ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Məcburiyyət qarşısında qalan Paşinyan təcili olaraq şəhəri tərk edib.
Onun Zəngəzurun hansı şəhərinə getdiyi bəlli deyil.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər