Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov daim vətəndaşların yanındadır

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov daim vətəndaşların yanındadır


Niyazi Bayramov sakinlərin müraciətlərini dinləyib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov daim vətəndaşların yanındadır


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti vətəndaş qəbulunu keçirib. Qəbulda vətəndaşları narahat edən məsələlər dinlənilib, dilə gətirilən problemlərin həlli üçün müvafiq tədbirlər görülüb.

Görüşdə səsləndirilən məsələlər arasında fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə köməkliyin göstərilməsi, işlə təminat, müalicə üçün göndərişin verilməsi kimi məsələlər üstünlük təşkil edib.

Sakinlərin müraciətlərini tək-tək dinləyən şəhər rəhbəri, səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə öz həllini tapıb. Digər müraciətlər isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüblər.

Gəncənin küçələri dezinfeksiya edilib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov daim vətəndaşların yanındadır


Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülür. Bu tədbirlərdən biri də dezinfeksiya işlərinin aparılmasıdır.

Gündəlik aparılan dezinfeksiya işləri şənbə və bazar günləri gücləndirilmiş rejimdə həyata keçirilib. İşlər şəhərin mərkəzi küçə və prospektlərini, habelə qəsəbələrini əhatə edib. Tibbi-profilaktik tədbirlər zamanı çoxmənzilli yaşayış binaların girişləri, mərtəbələri, uşaq meydançaları, əhalinin sıxlıq təşkil etdiyi digər ərazilər dezikfeksiya olunub.

İşlər Cavad xan küçəsi və Xan bağında, açıq hava idman qurğuları, poçt şöbələri, banklar və ATM-lərin qarşısında da aparılıb.

Dezinfeksiya işlərinə Gəncə şəhər Mənzil Konmmunal Təsərrüfatı İstehsalat Birliyinin su çiləyici maşınları və xeyli sayda canlı qüvvəsi cəlb edilib.

Niyazi Bayramov tədris ili dövründə öz bilik və bacarığı ilə fərqlənən şagirdlərli mükafatlandırıb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov daim vətəndaşların yanındadır


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tədris ili dövründə öz bilik və bacarığı ilə fərqlənən şagirdlərlə görüşüb. Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rəsul Əliyev və M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əziz Hüseynov şəhər rəhbəri tərəfindən mükafatlandırılıblar.

Niyazi Bayramov sagirdlərlə söhbət edərək, onları qazandıqları nailiyyətlərə görə təbrik edib. O bildirib ki, Azərbaycanın gələcəyi məhz belə istedadlı, bilikli gənclərin əllərindədir. Şəhər rəhbəri gənclərlə iştirak etdikləri yerli və beynəlxalq fənn olimpiadaları, müxtəlif müsabiqələrlə bağlı söhbət edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Görüşün sonunda şagirdlərə planşet hədiyyə olunub və xatirə şəkli çəkdirilib.

Şagirdlər öz növbələrində onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Rəsul Əliyev 2017-ci ildə keçirilən Məktəblərarası I Robot Olimpiadasında III yerə layiq görülüb. 2018-ci ildə “Sabahın Alimləri” VII Respublika Müsabiqəsinin finalçısı olub, Məktəblərarası II Robot Olimpiadasında “Line follower” və “Lego sumo” kateqoriyaları üzrə II yerə, II Dünya Robot Olimpiadasının Seçim Turunda isə VII yerə layiq görülüb. O, həmçinin 2019-cu ildə ABŞ-da keçirilən “Genius Olympiad”da IV yerə layiq görülüb. 2020-ci ildə “Hach the Northeast”, “Def Hacks Virtual” və “OSU SF Bay Area Hackathon” müsabiqələrində final mərhələsinə yüksəlib. Rəsul Əliyev uzaqdan idarə edilə bilən “Hashimov” robotunun ixtiraçısıdır.

Əziz Hüseynov isə 2016-2017-ci, 2017-2018-ci və 2018-2019-cu tədris illərində Respublika fənn olimpiadalarında informatika fənnindən qızıl medala layiq görülüb. 2018-ci ildə ABŞ-da keçirilən "Genius olympiad" robot yarışında qızıl medala, 2019-cu ildə “EJOİ Avropa yeniyetmələrin informatika üzrə olimpiada”sında gümüş medala, həmin ildə “İATİ” - Bolqarıstanda keçirilən olimpiadada gümüş medal qazanıb. O, 2020-ci ildə “XVI Beynəlxalq Jautikov Olimpiadası”nda (İZhO)” bürünc medala, “Beynəlxalq Asiya Pasifik İnformatika”da (APİO) bürünc medala, “Beynəlxalq İnformatika Olimpiadasında” (İOİ) bürünc medala, İnformatika fənni üzrə “XII Payız Turniri”ndə (İATİ) bürünc medala layiq görülüb. 2021-ci ildə isə Əziz Hüseynov “XVII Beynəlxalq Jautikov Olimpiadası”nda bürünc medala sahib olub. Əziz hazırda, informatika fənni üzrə Respublika fənn olimpiadasının final mərhələsinin iştirakçısıdır.

Niyazi Bayramov "COVID-19" əleyhinə peyvənd olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov daim vətəndaşların yanındadır


"Azərbaycan Respublikasında "COVID-19" xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq yanvarın 18-də başlanan peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən hazırda 50 yaş və daha yuxarı şəxslərin "Covid-19" xəstəliyinə qarşı vaksinasiyası aparılır.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da "COVİD-19"-a qarşı peyvənd olunub. Ona ikinci doza vaksin vurulub. İcra başçısı vaksin vurulduqdan 30 dəqiqə sonra özünü yaxşı hiss etdiyi üçün xəstəxanadan buraxılıb.

Xatırladaq ki, Gəncədə yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndləmə prossesinə yanvarın 21-dən başlanılıb və ilkin olaraq tibbi işçilərinin vaksinasiyası həyata keçirilib. Hazırda prosses davam edir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər