Neftçalada Zaur Kərimovun sosial yardım BİABIRÇILIĞI

Neftçalada Zaur Kərimovun sosial yardım BİABIRÇILIĞI












Bu gün Neftçala rayonunda vətəndaşların ən çox şikayət etdiyi məsələ ünvanlı sosial yardımların verilməsində, qarşılaşdıqları haqsızlıqdır

Şikayətçilər bildirlər ki, Neftçala rayon sosial müdafiə mərkəzinin ünvanlı yardım şöbəsində , çox yox yarım saat durmaq yetər ki, vəziyyətin necə də acınacaqlı olduğunu öz gözlərinlə görəsən. Yardım arzusu ilə sosial müdafiə mərkəzinə gedən vətəndaşların demək olar ki , hamısının ümidi puça çıxır. Səlim Müslümov sayaği işlərini quran, ünvanlı yardım şöbəsinin testdən keçməyən işçilərinin sakinlərə cavabı bircə o olur ki, gedin 6- aydan sonra gələrsiniz. Bir sözlə Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində (ƏSMM) analoqu olmayan özbaşınalıqlar hökm sürür. Sözü gedən mərkəzdə qohumbazlıq, rüşvətxorluq, korrupsiya və digər qanunsuz hallar baş alıb gedir. Məlumatlarda bildirilir ki, Neftçala rayon ƏSMM-də imkansız, maddi durumu ağır olan vətəndaşlara ünvanlı sosial yardımların verilməsi zamanı onlardan külli miqdarda pul tələb olunur. Bununla yanaşı mərkəzdə saxta sənədlərlə təqaüd alınması, vəfat etmiş və ya ümumiyyətlə mövcud olmayan şəxslərin adına sosial yardımların verilməsi ilə bağlı ciddi və kütləvi faktlar var. Bu barədə redaksiyamıza danışan mənbə qeyd edir ki, narazılıqlar bu gün də davam etməkdədir..

Mənbənin sözlərinə görə ƏSMM-in direktoru Zaur Kərimovun səhlənkarlığı ucbatından kasıb ailələr üçün nəzərdə tutulan sosial müavinətləri və yardımları vaxtlı-vaxtında almaq mümkün olmur. Vəzifəyə təyin olunduğu gündən Zaur Kərimovun qurumu şəxsi müəssisəsi hesab edərək vətəndaşlarla necə gəldi rəftar edir.(xeberman)Məsələ ilə bağlı redaksiyamızın digər mənbələrdən əldə etdiyi məlumatlarda isə qeyd edilir ki, bu sahədə rüşvət və korrupsiyanın qarşısını almaq məqsədilə plastik kartların tətbiq olunduğu vaxtdan yaranmış üsul – kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması bu gün də Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən geniş istifadə olunur. Məhz bu yolla aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərinin mənimsənildiyini deyən məlumatlı şəxslər iddia edirlər ki, yol verilmiş bu kimi əməllər nəticəsində Neftçala rayonunda yaşayan aztəminatlı ailələr dövlətin onlara hər ay üçün ayırdığı maddi yardımdan kənar qalırlar: "Aztəminatlı ailələr neçə vaxtdır Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üşün müraciət etsələr də, vətəndaşlar müəyyən süni əngəllərlə üz-üzə qalırlar.

Saxta yolla yardım alanların sayı isə ildən ilə artır. Mərkəzin rəhbərinə "görüm- baxım" müqabilində əlillik dərəcəsinin müəyyən olunması üçün 88 saylı forma deyilən saxta arayış verilir. Saxta arayışları isə şəxsən Zaur Kərimovun özü təşkil edir. Bundan sonra həmin vətəndaşın əlillik dərəcəsi Tibbi-sosial ekspert komissiyaları tərəfindən müəyyən edilərək qərar çıxarılır”.

Bundan əlavə mənbə iddia edir ki, Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin səlahiyyətli şəxsləri əvvəlcə və sonradan şəxsi büdcələrinə müəyyən məbləğ daxil olmasa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adından istifadə edərək əhaliyə əlavə problemlər yaradırlar: "Lakin əksinə, yəni Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yetkili şəxslərinin "şərtləri”nə əməl olunarsa, o zaman işiniz qısa müddət ərzində yoluna qoyulacaq və heç kim sizə problem yaratmayacaq. Düzdür, Neftçala sosial yardımlara ehtiyyacı olan insanlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, hələ ki, bunun heç bir faydasını görməyiblər. Yəni indiyədək məsələ ilə bağlı araşdırma aparan, camaatı narahat edən problemləri yoluna qoymağa çalışan olmayıb”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıqБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər