Bakıda ağır qəza: Üç yaralı - VİDEO

Bakıda ağır qəza: Üç yaralı - VİDEO


Gecə saatlarında paytaxtın Sabunçu rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Baku TV xəbər verir ki, qəza Heydər Əliyev prospektinin rayon ərazisinə düşən hissəsində qeydə alınıb. İlkin məlumata görə, hava limanı istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi KIA markalı avtomaşına çırpılıb. Zərbənin gücündən KIA bir neçə metr irəliyə getdikdən sonra dayanıb.

Qəza zamanı “Mercedes” markalı avtomobilin sürücüsü və onun ailə üzvlərindən iki nəfər xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.

Qəzanın baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər