İlham Zəkiyev 12 il öncə ölümcül yaralı olduğu vəziyyətdəki görüntülərini paylaşdı - FOTO

İlham Zəkiyev 12 il öncə ölümcül yaralı olduğu vəziyyətdəki görüntülərini paylaşdı - FOTO


Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, paracüdo üzrə yığmamızın aparıcı üzvü İlham Zəkiyev 12 il öncə yaralı halda çəkilən şəkillərini paylaşıb.
Oxu.az xəbər verir ki, 40 yaşlı ikiqat Paralimpiya çempionu 1999-cu ilin fevralın 4-də yaralandığı anı xatırladıb. Zəkiyev həmçinin hərbi xidmətdə olduğu şəkli də bölüşüb.

Qeyd edək ki, İlham Zəkiyev həmin tarixdə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfdən atılan snayper gülləsinə tuş gəlib. Güllənin onun sağ gicgahından girib, sol gicgahından çıxması nəticəsində beş gün koma vəziyyətində qalıb. Hazırda görmə qabiliyyətini itirmiş Zəkiyev I qrup Qarabağ əlilidir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər