Şəhid atasına Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının xüsusi mükafatı təqdim edildi

Şəhid atasına Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının xüsusi mükafatı təqdim edildi


Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) Vətən Müharibəsi şəhidi Ülvü Məmmədovun atası, “komanda.az” saytının yazarı Vüqar Məmmədovu xüsusi mükafatla təltif edib.
Bu barədə oxu.az-a qurumdan məlumat verilib.

Assosiasiyanın bir qrup nümayəndəsi Quba rayonunun Alekseyevka kəndində Ülvünün atası Vüqar və qardaşı Fəridlə görüşüb şəhidimizin məzarını ziyarət ediblər.

AİJA nümayəndələri, Beynəlxalq İdman Mətbuatı Assosiasiyası – AIPS üzvləri Natiq Nəsirov, Anar Şabanoğlu (İsgəndərov), Bəhruz Məmmədov və  Əli Fərzəliyev Azərbaycan İdman Jurnalistləri Assosiasiyası adından məzarın önünə əklil qoyaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhuna dualar oxuyublar.

Ülvü Məmmədovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə kənddə açılmış bulağın qarşısında şəhidlərimizin ruhuna ehtiram və qəhrəman oğullar böyütmüş bütün valideynlərə dərin minnətdarlıqla AİJA-nın mükafatı idman yazarı Vüqar Məmmədova təqdim olunub.

Şəhid atası evinə dəvət etdiyi həmkarlarına şəhidimizin qəhrəmanlıq yolundan danışıb. 

Ülvü Məmmədov ölkə başçısı Cənab İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər