Azərbaycanda yanvarın 18-dən bu günədək vaksin vurulan şəxslərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yanvarın 18-dən bu günədək vaksin vurulan şəxslərin sayı açıqlandı - RƏSMİ


Azərbaycanda yanvarın 18-dən koronavirusa qarşı başlayan vaksinasiya ilə bağlı rəqəmlər açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib.

O bildirib ki, bu günə qədər 50 minə yaxın vətəndaşa peyvənd vurulub:

“Peyvənd vurulan şəxslərin böyük əksəriyyəti səhiyyə işçiləridir”.

Xatırladaq ki, vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə səhiyyə işçilərinə və 65 yaşdan yuxarı şəxslərə vurulur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər