Türkiyə kosmosa peyk göndərdi

Türkiyə kosmosa peyk göndərdi


Türkiyənin yeni peyki “Türksat 5A” ABŞ-ın Florida əyalətindəki Kanaveral kosmodromundan kosmosa buraxılıb.
Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Məlumatda bildirilib ki, peyk Türkiyə vaxtı ilə saat 05:15-də “Falcon 9” raketi ilə kosmik fəzaya çıxarılıb.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, nazir müavini Ömər Fatih Sayan, “Türksat AŞ” baş direktoru Cenk Şen Kanaveral kosmodromunda raketin buraxılma anını canlı olaraq izləyiblər.

Nazir Karaismailoğlu “Türksat 5A” peykindən ilk siqnalın alındığını bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər