Karantin postundan kənar yollarla keçmək istəyən sürücülər həbs edildi

Karantin postundan kənar yollarla keçmək istəyən sürücülər həbs edildi


Dekabrın 29-u saat 15 radələrində Bakı-Quba yolunun 52-ci kilometrliyində qurulmuş xüsusi karantin postunda Quba rayonu istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil saxlanılıb. Araşdırmalar zamanı sürücü Nəsimi Əliyevin müvafiq icazəsi olmadığından avtomobil Bakı şəhəri istiqamətinə geri qaytarılıb.
Bu barədə Ölkə.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Lakin sonradan müşahidə kameraları vasitəsilə həmin avtomobilin Quba rayonundan Bakı şəhəri istiqamətində hərəkət etməsi aşkar edilib və saat 18 radələrində nəqliyyat vasitəsi saxlanılıb.

Araşdırmalar zamanı N.Əliyevin Sumqayıt şəhər sakini Balami Hüseynov tərəfindən 120 manat müqabilində karantin postundan kənar yollarla Xızı rayonu ərazisindən keçirilməsi müəyyən edilib.

Həmin gün vətəndaş Paşa Abdullayev də idarə etdiyi “Renault” markalı avtomobillə Xızı rayonu ərazisindən karantin postundan kənar yollarla keçdiyi müəyyən edilib və polis əməkdaşları tərəfindən saxlanılıb. Onun da B.Hüseynov tərəfindən 100 manat müqabilində karantin postundan kənar yollarla keçirilməyə cəhd göstərməsi müəyyən edilib.

Hər iki sürücü və B.Hüseynov saxlanılaraq inzibati qaydada həbs olunublar.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər