Orta aylıq əmək pensiyası 338, yaşa görə pensiya 370 manat olacaq - Nazir

Orta aylıq əmək pensiyası 338, yaşa görə pensiya 370 manat olacaq - Nazir


Növbəti ildə orta aylıq əmək pensiyası 338 manat, yaşa görə pensiya isə 370 manat olacaq.

“Ölkə.Az” xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Nazirin sözlərinə görə, 2021-ci ildə Sosial müdafiə fonundun büdcəsi 5,46 mlrd manat təşkil ediləcək.

“Bu da ötən illə müqayisədə 361 milyon manat və ya 8 faiz çoxdur. Növbəti ildə büdcənin 97 faiz xərci əhaliyə ödənişlərə sərf olunacaq”- nazir qeyd edib.

O, əlavə edib ki, 2020-ci ildə pandemiyadan zərərçəkənlərin sosial müdafiəsinin gücləndirmək məqsədi ilə 600 min insana 362 milyon manat vəsait ödənlib, 2021-ci ildə isə 600 min insana birdəfəlik yardımın həcmi 462 milyon manat vəsait ödəniləcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər