Sabah Bakıda intensiv yağış yağacaq

Sabah Bakıda intensiv yağış yağacaq


Bakıda və Abşeron yarımadasında dekabrın 23-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər