Koronavirus hamını öldürür: Amma onlar varlanır... - PULA PUL DEMİRLƏR...

Koronavirus hamını öldürür: Amma onlar varlanır... - PULA PUL DEMİRLƏR...


“Bu il dünya üçün bərbad il olsa da, ən varlı insanlar 2020-ci ildə öz aktivlərini 2 trilyon dollar artırıb”.

Redaktor.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, dünya milyarderlər klubunun üzvlərinin toplam varidatı 11,4 trilyon dollara çatıb, sayları isə 3000 nəfərə yaxındı:

“Yəni, dünyada 3000 nəfərin var-dövləti 11,4 trilyon dollardır. Bu vəsait hesabına dünyada aclığa, susuzluğa, kasıbçılığa qalib gəlmək, bəşəriyyəti tam yenilənəbilər enerjiyə keçirmək olar.

Yaxşı, böhranlı 2020-də bu insanların pulu niyə artdı? Çünki həm FES (ABŞ), həm AB, həm Çin və Yaponiya dünya iqtisadiyyatına göydən pul səpdilər, pul (kredit) ucuzlaşdı və ayrılan 12 trilyon vəsait real sektordan daha çox səhm bazarına getdi. Bu da dünya iqtisadiyyatında növbəti böhranların əsasını qoydu.

Yəni, dünya arxasında heç nə durmayan pul bolluğuna düşüb. Bir müddət sonra isə borcların qaytarılması, "suyun" çəkilməsi dövrü başlayacaq, o zaman dünyada insanların, şirkətlətin, hətta ölkələrin bankrotluq dövrü başlayacaq”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər