Qazinin atası dərzi işi üçün avadanlıqlarla,qardaşı isə işlə təmin edildi - Fotolar

Qazinin atası dərzi işi üçün avadanlıqlarla,qardaşı isə işlə təmin edildi - Fotolar


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində yaralanmış Atakişiyev Hüseynin ailəsinin vəziyyəti ilə tanış olub. “Qafqazifo” xəbər verir ki, əməkdaşlar qazinin atası Əfqan Atakişiyevin dərzi olsa da, lazımi avadanlıqları olmadığına görə işləmədiyini öyrəniblər.

Onların istəyinə uyğun olaraq, həmin gün növbədənkənar özünüməşğulluq proqramına cəlb edilib. Ona dərzi sexini qurması üçün bütün avadanlıqlar (bir neçə növ tikiş maşını masaları ilə birgə, buxar ütüsü, ütü masası və s.) verilib.

Qazimizin anası işləyir, qardaşı Elmir işləmədiyi üçün o da ödənişli ictimai işlərə cəlb edilib.

Hüseynin özünün isə yaxın günlərdə əlilliyi qiymətləndiriləcək. Əlillik təyinatı aparıldığı halda, hər ay təqaüd və müavinətlə, Nazirlik tərəfindən reabilitasiya xidmətləri ilə təmin olunacaq.

Bakının Suraxanı rayonunda yaşayan ailə bundan sonra da diqqətimizdə olacaq.


Qazinin atası dərzi işi üçün avadanlıqlarla,qardaşı isə işlə təmin edildi - FotolarQazinin atası dərzi işi üçün avadanlıqlarla,qardaşı isə işlə təmin edildi - FotolarБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər