Prezidentin yüksək vəzifə verdiyi sabiq səfir kimdir? - DOSYE

Prezidentin yüksək vəzifə verdiyi sabiq səfir kimdir? - DOSYE


Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Elman Telman oğlu Abdullayevin Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında, Keniya Respublikasında, Cibuti Respublikasında və Ruanda Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Afrika İttifaqı yanında və BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi vəzifələrindən geri çağırılması ilə bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə, E.Abdullayev Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.

Elman Abdullayev 1976-cı ildə Gəncədə anadan olub. Gəncə şəhər 14 saylı orta məktəbi bitirib, ali təhsilini Misirin Qahirə Universitetində alıb.

Magistr dərəcəsinə ABŞ-ın Kaliforniya Dövlət Universitetində yiyələnib.

1999-cu ildən Azərbaycan Xarici İşlər Nazirliyində işləyir, Yaxın Şərq idarəsində, Azərbaycanın Avropa İttifaqındakı nümayəndəliyində xidmət edib, Los-Ancelesdəki Baş konsulluğunda konsul vəzifəsində çalışıb.

18 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilıb.

Azərbaycan və rus dillərindən başqa, ərəb, fars, ingilis və fransız dillərini bilir.

Ailəlidir, iki övladı var.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər