Rəsmi Tehrandan ABŞ-ın Türkiyə ilə bağlı qərarına - Sərt reaksiya

Rəsmi Tehrandan ABŞ-ın Türkiyə ilə bağlı qərarına - Sərt reaksiya


“ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalarını şiddətlə qınayırıq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“ABŞ-ın sanksiyalara aludəçiliyi və beynəlxalq hüquqa hörmətsizlik yenidən tam şəkildə nümayiş olunur. ABŞ-ın Türkiyəyə qarşı son sanksiyalarını şiddətlə qınayırıq. Türkiyə xalqı və hökuməti ilə birlikdəyik”,- deyə Zərif tvitter hesabında qeyd edib.

Xatırladaq ki, Türkiyənin Rusiyadan gətirdiyi “S-400” səbəbilə uzun müddətdir gündəmdə olan sanksiyalar dekabrın 14-də ABŞ tərəfindən rəsmi olaraq açıqlanıb. ABŞ-ın düşmənlərinə qarşı mübarizə (CAATSA) qanunu çərçivəsində sanksiyalar adı altında Türkiyənin Müdafiə Sənayesi Rəhbərliyi, Müdafiə Sənayesi Komitəsinin rəhbəri İsmayıl Dəmir və qurumun üç əməkdaşı sanksiya siyahısına salınıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov da sanksiya qərarına reaksiya verərək, “ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalar beynəlxalq hüquqa təkəbbürlü yanaşmanın bir təzahürüdür”,- deyə qeyd edib.

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın isə “Türkiyə müdafiə sənayesindəki hədəflərinə çatmaq addımlarını stabil bir şəkildə atmağa davam edəcək”,- deyə bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər