Avropa İttifaqı Türkiyə ilə bağlı qərar qəbul etdi

Avropa İttifaqı Türkiyə ilə bağlı qərar qəbul etdi












“Qərar sammitdə Ankara ilə müzakirə ediləcək”

Avropa İttifaqına üzv ölkələrin liderləri Ankara ilə miqrasiya sazişinə dair ümumi mövqeni razılaşdırıblar və bu, martın 18-də sammitdə müzakirə olunacaq.

Bu barədə Lüksemburqun baş naziri Ksavye Bettel bildirib.

“Aİ-nin mövqeyi üzrə razılıq əldə olunub, Aİ Şurasının sədri Donald Tusk sabah şuranın toplantısından əvvəl onu Türkiyənin baş nazirinə təqdim edəcək”, - deyə Bettel Twitter-də bildirib.

Cümə günü Brüsseldə Aİ-Türkiyə sammiti keçiriləcək. Sammitdə miqrasiya böhranının nizamlanmasına dair birgə yekun plan təsdiqlənəcək. Bu planın əsas prinsipləri martın 7-də razılaşdırılıb.

Türkiyə ölkəyə gələn qeyri-qanuni miqrantları öz ərazisində saxlamalı, Aİ-yə keçən qeyri-leqal miqrantları isə Aİ-nin vəsaiti hesabına ölkəyə qaytararaq, onların əvəzində Aİ-yə leqal qaydada suriyalı qaçqınları göndərməlidir. Bunun müqabilində Türkiyə ilə viza rejiminin sadələşdirilməsi və Aİ-yə üzvlük üzrə danışıqların tezləşdirilməsi, həmçinin 3 mlrd. avro vəsaitin ayrılması nəzərdə tutulub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər