Bakıda yoxa çıxan 25 yaşlı gəlin tapıldı

Bakıda yoxa çıxan 25 yaşlı gəlin tapıldı












Bakıda 7 ay əvvəl itkin düşən 25 yaşlı qadın tapılıb

Xətai Rayon Polis İdarəsindən APA-ya deyilib ki, 1991-ci il təvəllüdlü Xumar Sadıqova ötən gecə paytaxt ərazisində tapılaraq ailəsinə təhvil verilib. Polisdən qeyd olunub ki, X. Sadıqovanın tapılmasında ötən gün onun itkin düşməsi barədə xəbər saytlarında və sosial şəbəkələrdə verilmiş elan xüsusi rol oynayıb. Bu elanı görən X. Sadıqovanı tanıyanlar dərhal polisə zəng edərək onun yerini deyiblər.

Qeyd edək ki, Xətai rayon sakini Ramiz Sadıqov 2015-ci ilin sentyabrında polisə ərizə ilə müraciət edərək qızı, 1991-ci il təvəllüdlü Xumar Sadıqovanın itkin düşməsi barədə məlumat verib. Evdən gedərkən o, özü ilə heç bir sənəd götürməyib və 7 yaşlı oğlunu da aparmayıb. Uşaq hazırda baba və nənəsinin himayəsindədir. Valideynləri olmadığı üçün babası uşağı orta məktəbə də düzəldə bilməyib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər