ARDDA Qüdrət Qurbanovun uğurları danılmazdır

ARDDA Qüdrət Qurbanovun uğurları danılmazdır









ARDDA Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli 395 saylı Fərmanı ilə təsdiqlənmiş Əsasnaməyə müvafiq olaraq, Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır

Azərbaycan Respublikası 15 may 1995-ci il tarixindən Beynəlxalq Dəniz Təşkilatının (BDT) üzvüdür. Dövlət Dəniz Administrasiyası BDT ilə sıx əlaqə yaradaraq təşkilatın iclaslarında, şuralarında və asambleyalarında yaxından iştirak edir. Bu günədək ARDDA tərəfindən hazırlanaraq Milli Məclisə təqdim olunmuş 18 Beynəlxalq Konvensiya və həmin konvensiyalara 8 Protokol ali qanunverici orqan tərəfindən qəbul olunmuşdur. ARDDA bu konvensiyaların Azərbaycan Respublikasında yerinə yetirilməsinə dair BDT-yə mütəmadi olaraq hesabatlar verir.
Qüdrət Qurbanovun rəhbərlik etdiyi qurum nəhəng nailiyyətlərə imza atmaqdan doymur.
2015-cü il Dövlət Dəniz Administrasiyası üçün çox uğurlu olub. Bunu qurumun ötən ilə dair hesabatından da görmək olar. Belə ki, Administrasiya fəaliyyətində qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsindəki təcrübəsini öyrənməklə, bu təcrübənin tətbiqi məsələlərinə xüsusi yer ayırıb. Beynəlxalq Dəniz Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO və s. kimi beynəlxalq qurumlarla əlaqələr genişləndirilib.Hesabat dövrü ərzində Azərbaycan Respublikasına mənsub dəniz limanlarına 16401 gəminin girişi və 16479 gəminin çıxışı rəsmiləşdirilib, xarici dövlətin bayrağı altında üzən 645 gəmiyə bələdçi xidməti göstərilib.

Administrasiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”ni rəhbər tutur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə ağır hava şəraiti və güclü qasırğa nəticəsində baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin qüvvələri səfərbər edilərək axtarış-xilasetmə və hadisənin nəticələrinin aradan qaldırılmasına aktiv surətdə cəlb olunub.

Hadisə baş verdiyi andan hazırkı vaxtadək Dövlət Dəniz Administrasiyası tərəfindən müasir peyk və radio-rabitə, uzaq məsafədən tanınma və izləmə, gəmilərin hərəkətinin idarə olunması sistemi vasitəsilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmilərinin hadisə baş verən əraziyə yönləndirilməsi, həyata keçirilən tədbirlərə gəmilərin cəlb olunması məqsədilə cəmiyyətin mütəxəssisləri ilə birlikdə məqsədyönlü işlər görülüb.

Həmçinin, Dövlət Dəniz Administrasiyasının Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi tərəfindən Xəzəryanı dövlətlərin eyni adlı Mərkəzlərinə, eləcə də həmin dövlətlərin bayraqları altında üzən gəmilərə naviqasiya xəbərdarlıqları göndərilib və qarşılıqlı əməkdaşlıq nəticəsində fasiləsiz olaraq əldə edilən məlumatların analiz olunaraq aidiyyəti üzrə ötürülməsi təmin edilir.

Biz isə əminik ki, ARDDA və onun rəisi bütün qarayaxmlara baxmayaraq, onlara əhəmiyyət vermədən yoluna yenə də əvvəlki əzm və iradəylə,yüksək peşəkarlıqla davam edəcək, 2016-cı ildə daha böyük uğurlara imza atacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər