Bakıda yaşayan əhalinin sayı açıqlandı – RƏSMİ

Bakıda yaşayan əhalinin sayı açıqlandı – RƏSMİ












Paytaxt sakinlərinin orta maaşı 700 manata yaxınlaşır

2016-cı il yanvar ayının 1-i vəziyyətinə Bakı şəhərinin əhalisinin sayı 2 milyon 225,8 min nəfər olub. Hazırda şəhərdə əhalinin sıxlığı bir kvadrat kilometrə 1040 nəfər təşkil edir.

Bu barədə Bakı Şəhəri Statistika İdarəsindən bildiriblər.

Məlumata görə, ötən il ərzində Bakıda 34,2 min nəfər doğulub, ölənlərin sayı isə 12,5 min nəfər təşkil edib.

2015-ci il ərzində Bakıda 16,7 min yeni ailə qurulub, 4,2 min ailə isə dağılıb.

Bundan başqa, qeyd olunur ki, paytaxtda işləyən şəxslərin sayı 2014-cü il ilə müqayisədə 8 min 694 nəfər azalaraq, 684 min 146 nəfər təşkil edib.

Muzdla işləyənlərin orta aylıq əmək haqqı isə 7,5% artaraq 666,7 manat olub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər