ABŞ-da Trampa qarşı etiraz aksiyaları başlayıb - VİDEO

ABŞ-da Trampa qarşı etiraz aksiyaları başlayıb - VİDEO


ABŞ sakinləri prezident seçkilərində səslərin sayılmasını müşahidə etməyə davam edirlər.
Hazırkı dövlət başçısı Donald Tramp və Demokrat partiyasından olan rəqibi Co Bayden bir sıra mühüm əyalətlərdə praktiki olaraq bərabər səs toplayıblar. Bəzi əsas ştatlarda Tramp liderliyini qoruyur.

Bir sıra şəhərlərdə yerli sakinlər Trampa qarşı etiraz aksiyaları keçiriblər. Aktivistlər Yeni Orlean və Portlend küçələrinə çıxıblar. Vaşinqtonda ayrıca toqquşmalar müşahidə edilib. Həmçinin aksiya iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma qeydə alınıb.

“İzvestiya”nın müxbiri xəbər verir ki, Ağ Evin qarşısında da aksiya keçirilir. Ancaq orada aktivistlər rəqs etməyi və bununla hazırki prezidentə narazılığını bildirməyi üstün tutublar.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər