Ermənilərin Tərtərə hücumundan 1 200-ə yaxın insan ziyan çəkib

Ermənilərin Tərtərə hücumundan 1 200-ə yaxın insan ziyan çəkib


Humanitar atəşkəs rejimini kobudcasına pozmağa davam edən Ermənistan silahlı qüvvələri növbəti dəfə Tərtər rayonu ərazisini artilleriya atəşinə tutub.
Report bildirir ki, oktyabrın 29-u səhər saatlarından başlaraq düşmən yenidən dinc sakinləri hədəfə alıb. Ermənilər gün ərzində rayon ərazisinə ümumilikdə 100 top mərmisi və 2 raket atıb.

Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Lakin yaşayış evlərinə və təsərrüfara ziyan dəyib.

Sentyabrın 27-dən bu günə qədər rayon ərazisinə düşmən tərəfindən ümumilikdə 15 500 mərmi atılıb. Nəticədə 17 nəfər dinc sakin həlak olub. Onlardan biri uşaq, biri isə qadındır. Düşmənin rayonu atəşə tutması nəticəsində habelə 61 mülki şəxs yaralanıb.

Məlumata görə, yaralıların 51-i artıq öz evlərinə buraxılıb. İndiyə qədər 133 ev tamamilə dağılıb, 873 ev qismən ziyan çəkib, 14 məktəb, 3 xəstəxana, 18 inzibati bina, 65 ictimai yaşayış binasına ziyan dəyib.

Ermənilərin Tərtərə hücumundan ümumilikdə 1 200-ə yaxın insan ziyan çəkib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər