Şirvanda partlayış: Ölən var

Şirvanda partlayış: Ölən var















Məmmədov zərbənin gücündən divara çırpılıb

Bu gün səhər saatlarında Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən oksigen doldurma məntəqəsində bədbəxt hadisə baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, nəticədə 49 yaşlı kişi ölüb. Oksigen balonu yaranmış təzyiq nəticəsində partlayıb və həmin məntəqədə çalışan 1967-ci il təvəllüdlü Məmmədov Füzuli Seyran oğlu zərbənin gücündən divara çırpılıb.

Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hazırda onun meyiti müayinə olunmaq üçün Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə-tibi ekspertiza mərkəzinə yerləşdirilib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər