NATO Rusiya ilə müharibəyə hazırlaşır

NATO Rusiya ilə müharibəyə hazırlaşır















“Alyansın bütün üzvləri qoşunlarının döyüş hazırlığını artırır”

ABŞ və onun Şimali Atlantika Alyansı üzrə müttəfiqləri Avropada Rusiya ilə müharibə yaranması halına hazır olmaq üçün tədbirlər görürlər.

Bu barədə NATO-nun Avropada Birləşmiş silahlı qüvvələrinin baş komandanı amerikalı general Filip Bridlav bildirib.

General qeyd edib ki, alyansın bütün üzvləri Rusiya ilə müaqişənin yaranması halına hazır olmaq üçün qoşunlarını döyüş hazırlığını artırır. Bridlavın sözlərinə görə, bu qəbildən olan tədbirlər, əsasən Amerikanın ABŞ-ın Köhnə dünyada hərbi iştirakını artırmaq, eləcə də hərbi təlimlərin fəallaşdırılması və əlavə silahların yerləşdirilməsi təşəbbüsü çərçivəsində həyata keçirilir.

Hazırda Avropa “iki tərəfdən” təhlükəyə məruz qalır, Bridlav bəyan edib.

Onun fikrincə, şərqdən Aİ-na “Yenidən ayağa qalxan təcavüzkar Rusiya”, cənubdan isə Köhnə dünyaya qaçqın axınına səbəb olan “İslam dövləti” terror təşkilatı təhlükə yaradır. Bununla yanaşı, general Rusiyanın Suriya münaqişəsinə müdaxiləsinin vəziyyəti daha da pisləşdirdiyini, Moskvanın yalnız Suriyanın prezidenti Bəşər Əsədə yardım etdiyi üçün İŞİD ilə mübarizədə az iş gördüyünü bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər