Sahibkarlara 250 manat ödəniləcək — Nazir müavini

Sahibkarlara 250 manat ödəniləcək — Nazir müavini


“Sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyi ilə bağlı qərar verilib. Bu qərara görə, vergi ödəyicilərinə və onların sayına uyğun olaraq, aylıq əməkhaqqı məbləğində ödənişlər ediləcək”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf bildirib.

O qeyd edib ki, kiçik və fərdi sahibkarlara 250 manat ödənilməsi barədə qərar təsdiq edilib:
“Dövlət mütəmadi olaraq sahibkarlarla görüşür, təkliflər dinlənilir. Bizneslərə dəstək göstərilməsi və açılması istiqamətində məsələlər də müzakirə olunub.

Hazırda hökumət biznes fəallığının mərhələli olaraq artırılması istiqamətində müzakirələr aparılır. Ardıcıl olaraq qərarların verilməsi gözlənilir”.

“İlkin olaraq daha az insanların toplaşdığı yerlərin açılmasına qərar verilib”, - deyə, o qeyd edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər