Azər Tağıyev

Azər Tağıyev


Saatlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Tağıyev - Dinamik inkişafın bütün sahələrdə davamlı təmin edilməsi dövlətimizin fəaliyyətində prioritet məsələdir

Koronavirus pandemiyası ölkələrin iqtisadiyyatına, kənd təsərrüfatına, eləcə də ərzaq təhlükəsizliyinə mənfi təsirini göstərməkdədir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində koronavirusun geniş yayılmasının qarşısı alınaraq, insanların sağlamlığı qorunur.
Bu gün Azərbaycanda koronavirus pandemiyası ilə ciddi mübarizə aparılaraq insanların həyatı xilas olunur, həmçinin əhalinin sosial rifahının yaxşılaşdırılması üçün tədbirlər görülür, postpandemiya dövründə iqtisadiyyatın inkişafı üçün proqramlar qəbul edilir.
Dövlət başçısı pandemiyanın yarada biləcəyi iqtisadi böhrandan ləyaqətlə çıxmaq üçün yüz min hektarlarla torpaqların əkinə cəlb olunmasını təmin etməklə çox ciddi qabaqlayıcı tədbirlər həyata keçirib.
Ölkə rəhbərinin postpandemiya dövründə su ehtiyatları üzrə riskləri uzaqgörənliklə qiymətləndirərək tədbirlər görülməsi barədə tapşırıqlar verməsi kənd təsərrüfatının inkişafı baxımından hansısa problem yaranmayacağına verilən zəmanətlərdən biridir.
Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən infrastruktur layihələri arasında ölkənin etibarlı su təchizatına nail olunması ilə bağlı reallaşdırılan layihələr xüsusi yer tutur.
Bunu iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videomüşavirə bir daha sübut etdi.

Prezident cənab İlham Əliyevin həmin müşavirədə bu sahədə ciddi irəliləyişə nail olmaq üçün xüsusi komissiya yaradılması barədə tapşırığına uyğun olaraq, artıq həmin komissiya yaradılıb. Bu, Prezidentimizin söylədiyi, “Biz suyun hər bir damcısının qədrini bilməliyik” tövsiyəsinin reallaşdırılmasına başlanılmasının əyani nümunəsidir.
İnanırıq ki, Prezidentimizin rəhbərliyi ilə bu vacib sahədə aparılan islahatlar postpandemiya dövründə daha sürətlə aparılacaq, istər içməli, istərsə də suvarma suyuna tələbat artıqlaması ilə ödəniləcək. Su həyatdır, suyumuz bol olduqca, kənd təsərrüfatımız da inkişaf edəcək, süfrələrimizdə öz milli məhsullarımızın sayı bol olacaq, aqrar sektorda çalışan insanların sayı və qazancı artacaqdır.

Azər Tağıyev cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında dövlətimizə və xalqımıza sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Saatlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Tağıyevdir.

Saatlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Tağıyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki cənab Vilayət Eyvazovun etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Hər bir sahədə çalışanların fəaliyyətinə münasibətdə Saatlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Tağıyev yalnız qanuna, ədalətə və şəffaflığa əsaslanır. Tam məsuliyyətimizlə deyirik ki, Saatlıda kiminsə haqqına toxunmaq kiminsə düşüncəsində belə özünə yer tapa bilməz. Bunun nəticəsidir ki, uzun illər durğun vəziyyətdə olan Saatlı da yeni inkişaf dövrünü yaşayır. Rayon sakinləri problemlərinin həllində həmişə dəstək görürlər.

Azər Tağıyev böyük müəllimi və idealı olan Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki cənab Vilayət Eyvazov kimi Ulu Öndər Heydər Əliyevə dəyər verməkdən zövq alır!

Azər Tağıyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Azər Tağıyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Azərbaycan Respublikasının daxili işlər naziri Cənab Vilayət Eyvazovdan nümunə götürən Azər Tağıyevin böyüklüyü onun sadəliyində, Prezident İlham Əliyev siyasətinə və insanlara insani münasibətindədi!

Azər Tağıyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Azər Tağıyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Saatlı Rayon Polis Şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Azər Tağıyev özünü doğruldub. Bizdə hörmətli Azər Tağıyevi Cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər