XİN: Tovuz istiqamətindəki təxribatlar Ermənistan tərəfindən törədilmiş terror aktıdır

XİN: Tovuz istiqamətindəki təxribatlar Ermənistan tərəfindən törədilmiş terror aktıdır


“Beynəlxalq təşkilatlar Azərbaycanı birmənalı şəkildə dəstəklədilər. Ermənistanın yeni təxribat əməlləri, yeni ərazilər əldə etmək cəhdi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənildi”.
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidmət İdarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindəki hadisələr Ermənistan tərəfindən törədilmiş hərbi təxribat, terror aktı, gücdən istifadə etmək cəhdidir: “Ermənistan tərəfindən başladılan bu hərbi təxribatla bağlı beynəlxalq ictimaiyyət də narahatlıq keçirdi. Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM və digər beynəlxalq təşkilatlar Ermənistanın bu təxribatını qəti şəkildə pisləyən bəyanatlarla çıxış etdilər. Onlar Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutmasını qəti şəkildə pislədilər”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər