Fikrət Şərifov: Meliorasiya sahəsindəki bu günki uğurlarda şəxsən bacarıqlı və içgüzar rəhbərimiz, meliorasiya sahəsinin dərin bilicisi Əhməd Əhmədzadənin əməyi çox olmuşdur

Fikrət Şərifov: Meliorasiya sahəsindəki bu günki uğurlarda şəxsən bacarıqlı və içgüzar rəhbərimiz, meliorasiya sahəsinin dərin bilicisi Əhməd Əhmədzadənin əməyi çox olmuşdur


Redaksiya olaraq bu şərəfli insan - Zaqatala Suvarma Sistemləri İdarəsinin rəisi Fikrət Şərifov haqqında məqalə hazırlamağı özümüzə borc bildik.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Zaqatala Suvarma Sistemləri İdarəsinin rəisi Fikrət Şərifovdur.

Zaqatala Suvarma Sistemləri İdarəsinin rəisi Fikrət Şərifov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Fikrət Şərifov heç vaxt əqidəsindən döndərə bilməz.

Fikrət Şərifov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Fikrət Şərifov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Fikrət Şərifov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Fikrət Şərifovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Fikrət Şərifov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə inamını artırır!

Fikrət Şərifov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Zaqatala Suvarma Sistemləri İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Zaqatala Suvarma Sistemləri İdarəsinin rəisi Fikrət Şərifov - Azərbaycan ta qədimdən əkinçilik ölkəsidir. Tarixi mənbələr sübut edir ki, əjdadlarımız min illər bundan əvvəl də suvarma kanallarından istifadə etməklə əkinçiliklə məşğul olmuşlar. Zaman irəlilədikcə meliorasiya sahəsinin inişafında da inqilabi dəyişikliklər baş vermişdir. Azərbaycanda meliorasiya və irriqasiya sahəsinin geniş miqyaslı, intensiv inkişafı, suvarmada yeni texnologiyaların tətbiqi ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdən başlamışdır. Məhz ulu öndərin təşəbbüsü ilə o dövrdə həyata keçirilən layihələr kənd təsərrüfatının bütün sahələrində diqqətə layiq göstəricilərin qazanılmasını təmin etmişdir.

Çox təəssüf ki, ötən əsrin 90-cı illərindən başlayaraq bu vacib sahə də tənəzzülə uğradı, vəsait çatışmazlığı səbəbindən başlanılan işlər dayandırıldı. Lakin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev meliorasiya sahəsinə yenidən yüksək qayğı və diqqət göstərdi. Ölkənin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar aqrar sahə ilə paralel olaraq, meliorasiya və su təsərrüfatında da islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ hüquqi bazası yaradıldı.

Bu məqsədlə 40-dan artıq normativ-hüquqi sənəd hazırlandı ki, bunlardan da ən mühümü 1996-cı ildə imzalanmış “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunudur. Qanun meliorasiya və irriqasiya sahəsində dövlət idarəçiliyinin əsaslarını, meliorasiya və irriqasiya tədbirlərinin aparılması qaydalarını müəyyən etdi.

Ulu öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçildi.

İnamla demək olar ki, müstəqillik illərində ən sürətlə modernləşən, müasir texniki gücə sahib olan meliorasiya sahəsi aqrar sahənin dinamik inkişafında əsas pay sahibinə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin meliorasiya sahəsinə verdiyi xüsusi əhəmiyyəti nəzərə alan möhtərəm Prezidentimiz İlham Əliyev bu sahənin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi üçün mühüm qərarlar qəbul etmişdir. Ən müasir texnika ilə təchiz edilmiş meliorasiya sahəsində indi görülən işlərin həm həcmi, həm də keyfiyyəti inanılmaz dərəcədə artmışdır. Qeyd etməliyəm ki, meliorasiya sahəsindəki bu günki uğurlarda şəxsən bacarıqlı və içgüzar rəhbərimiz, meliorasiya sahəsinin dərin bilicisi Əhməd Əhmədzadənin əməyi çox olmuşdur.

Zaqatala suvarma sistemləri idarəsinin kollektivi Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirlməsində var qüvvə ilə çalışır, verilən tapşırıqların vaxtında, həm də keyfiyyətlə icrasını təmin edir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər