Respublikamızın hər yerində olduğu kimi Lənkəranda da koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri ardıcıl davam etdirilir

Respublikamızın  hər yerində olduğu kimi Lənkəranda da  koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri ardıcıl davam etdirilir


Lənkəranda karantin rejiminin vəziyyəti ilə bağlı reyd keçirilib

Respublikamızın  hər yerində olduğu kimi Lənkəranda da  koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri ardıcıl davam etdirilir


Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin və İcra aparatında yaradılmış operativ qərargahın üzvlərinin birgə iştirakı ilə koronavirus (COVİD-19) pandemiyasının Lənkəran rayonu ərazisində yayılmasının qarşısının alınması və Azərbaycan Respublikası Nazırlər Kabinetinin müvafiq qərar və sərəncamlarına əsasən bu infeksiyaya qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti həyata keçirmək məqsədilə reyd keçirilib.
Reyd əsasən şəhərin mərkəzi küçə və meydanlarını, avtovağzal və mərkəzi bazar ərazisini, ictimai-iaşə obyektləri və ictimai nəqliyyat vasitələrini əhatə edib.
Əhali ilə söhbətlərində Prezident İlham Əliyevin səyləri ilə koronavirus pandemiyasının fəsadlarının minimuma endirilməsi məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə məlumat verən İcra başçısı T.Qaraşov respublikanın bir sıra şəhər və rayonları ilə yanaşı Lənkəranda da karantin rejiminin iyulun 20-dək uzadıldığını qeyd edərək, vətəndaşları karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməyə, onları gigiyenik vasitələrdən, o cümlədən spirt, maska və əlcəkdən mütəmadi istifadə etməyə, insanlarla təmas məsafəsini gözlənməyə çağırıb. Reyd zamanı həmçinin aidiyyatı qurumların, ictimai-iaşə obyektlərinin və ərzaq mağazalarının rəhbərlərinə karantin rejiminin tələblərinə ciddi əməl olunması barədə göstərişlər verilib.
Söhbət zamanı vətəndaşlar dövlət tərəfindən tətbiq olunan tədbirlərə müsbət yanaşdıqlarını, bütün bu kimi qaydaların məhz insanlarımızın sağlamlığına xidmət etdiyini, dövlət başçısı və eləcə də Heydər Əliyev Fondu tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdar olduqlarını bildiriblər.
Görüş və söhbətlər zamanı müxtəlif şəxslərə maskalar paylanılıb.
Həmin gün karantin qaydalarına əməl etməyən bir sıra şəxslər polis tərəfindən inzibati qaydada cərimələnib və onlara bir daha müəyyən olunmuş qaydaları pozmamaq barədə xəbərdarlıq olunub.

Respublikamızın  hər yerində olduğu kimi Lənkəranda da  koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri ardıcıl davam etdirilir


Lənkəran Şəhər İcra Hakimiyyətində növbəti onlayn müşavirə keçirilib

Respublikamızın  hər yerində olduğu kimi Lənkəranda da  koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri ardıcıl davam etdirilir


Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov inzibati ərazi dairələrindəki nümayəndələri, bələdiyyə sədrləri, ərazi üzrə fəaliyyət göstərən tərkibində əsasən ərazidə hörmətli ağsaqqalları, ziyalıları, fəal gəncləri və din xadimlərini özundə birləşdirən qərargah üzvləriinin iştirakı ilə növbəti onlayn müşavirə keçirib. Müşavirədə ölkədə koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar cənab Prezident İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın tövsiyyə və tapşırıqlarına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibdə keçirilmiş video-müşavirədə qarşıya qoyulmuş vəzifələr müzakirə olunub. Rayonda koronavirus pandemiyasına qarşı mübarizənin təşkili və mövcud vəziyyət barədə operativ məlumatları dinləyən İcra başçısı Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası ilə bağlı qarşıda duran vəzifələri müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Yerlərdə əhali tərəfindən sanitariya-epidemioloji qaydalara tam riayət edilməsinin, karatin qaydalarının hər yerdə gözlənilməsinin, bu barədə təbliğat işlərinin daim gücləndirilməsinin vacibliyini qeyd edən İcra başçısı mobil qrupların üzvlərinin, ictimai fəal gənclərin, ağsaqqal ziyalıların təbliğat-izahat işlərinə geniş cəlb olunmalarını təşkil etməyi İcra nümayəndələrindən və əlaqədar məsul şəxslərdən bir vəzifə olaraq tələb etmişdir. Xüsusilə qoruyucu maskalardan, gigiyenik vasitələrdən müntəzəm istifadə olunmasına, ictimai yerlərdə, nəqliyyat vasitələrində təmas məsafəsinin gözlənilməsinə, bankların, vətəndaşların daha çox müraciət etdikləri idarə və təşkilatların qarşısında, iri marketlərdə xüsusi işarələnmiş yerlərdə növbə tutmalarına ciddi nəzarət edilməsinin vacibliyini vurğulayıb. İcra başçısı bu tələblərə əməl olunmayan yerlərdə cavabdehlik daşıyan hər bir vəzifəli şəxsin məsuliyyət hissinin artırılmasının çox vacibliyini bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Respublikamızın  hər yerində olduğu kimi Lənkəranda da  koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri ardıcıl davam etdirilir


Gözəlləşən, işıqlanan Lənkəran

Respublikamızın  hər yerində olduğu kimi Lənkəranda da  koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri ardıcıl davam etdirilir


Respublikamızın hər yerində olduğu kimi Lənkəranda da koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri ardıcıl davam etdirilir. Dezinfeksiya işləri ilə yanaşı təhlükəli xəstəlikdən qorunmaq məqsədilə “Evdə qal” kampaniyası çərçivəsində yerli sakinlərlə mütəmadi maarifləndirici işləri aparılır, vətəndaşlara karantin qaydalarına riayət edilməsinin zəruriliyi dönə-dönə izah edilməklə onların özlərinin və ailə üzvlərinin sağlamlığı naminə dövlət tərəfindən müəyyən edilmiş sosial izolyasiya tələblərinə ciddi riayət olunmasının vacibliyi tövsiyə edilir.
Bütün bunlarla yanaşı Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının göstərişi ilə şəhər və rayon ərazisində abadlıq-quruculuq işləri davam etdirilməkdədir. İcra başçısının tapşırığı ilə şəhərin mərkəzi ərazilərindən olan Məhəmməd Əmin Rəsulzadə küçəsində yeni işıq dirəklərinin quraşdırılması və gözoxşayan gecə işıqlandırılmasının yaradılması bütün lənkəranlılar tərəfindən minnətdarlıq hissi ilə qarşılanıb.
Gündən-gündə gözəlləşən Lənkəranda işıqlandırma dirəklərinin quraşdırılması zamani müasir texnologiya ilə təchiz edilmış led işıqlardan istifadə olunması müasirləşən və işıqlanan şəhərimizə göstərilən qayğının bariz nümunəsidir.


Respublikamızın  hər yerində olduğu kimi Lənkəranda da  koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri ardıcıl davam etdirilirRespublikamızın  hər yerində olduğu kimi Lənkəranda da  koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri ardıcıl davam etdirilirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər